aile

Niyə dünyanın bütün anaları ispan qadınlarına həsəd aparır?

Baxış sayı: 512

İspan gözəlləri dünyaya iki və üç uşaq gətirirlər, amma həmişə həyatdan məmnun görünürlər! Bəs, çoxuşaqlı ispan ailələri bu xoşbəxtliyi nəyə borcludur?

“Gencaile.az” saytı “Publika.az”-a istinadən bu dəfə oxucuları ispanların uşaq tərbiyəsində tətbiq etdiyi qaydalarla tanış edir.

 

Uşaqların doğulması şəxsi həyatlarını yaşamağa mane olmur

İspaniyada uşaqların şıltaqlığına digər yerlərdən qat-qat sakit yanaşırlar. İspan valideynlər bir, iki və ya daha çox uşaq dünaya gətirsə də, həyatlarını yaşamağa davam edirlər. Ölkələrində tipik cümə axşamı belə görünür: Valideynlər və dostlar barda masalarda otururlar, sakitcə qəhvə, şərab, pivə içir və ya yemək yeyirlər. Orada olan bütün ailələrin uşaqları isə küçədə meydanın mərkəzinə toplaşırlar: qaçırlar, futbol oynayırlar və ya skuter sürürlər. Və bu, gecə yarısına qədər davam edir! Uşaqlar çox vaxt küçədə axşama qədər futbol oynayır, valideynlər isə özlərini mədəni istirahətdən məhrum etmirlər. İspanlar hətta məşhur “Primavera Sound” festivalına da körpələri ilə gəlirlər. Bunun üçün uşağın qulağına xüsusi qulaqlıq taxılır.

 

İspanlar uşaq tərbiyələndirmir, onlarla danışıqlar aparır

İspanlar uşaqları çox sevir, həm özünün, həm də başqalarının körpəsinə sevgi ilə yanaşırlar. Bu sevgi elə hava limanından hiss olunur, digər sərnişinlər sizə məmnuniyyətlə güzəştə gedəcək, işçilər uşağın diqqətini yayındırıb əyləndirməyə çalışaq və sizin üçün hər yerdə “yaşıl dəhliz” açacaqlar.

Eyni mehriban münasibət sizi İspaniya küçələrində müşayiət edəcək. Onların öz uşaqlarıyla mehriban rəftarı gözünüzdən qaçmayacaq. İspaniyada hər yerdə uşaq tərbiyəsi ilə bağlı plakatlar asılır. Məsələn, “Uşağın isterikası tutubsa, mən nə etməliyəm?”. Bu plakatlarda uşağı incidən heç bir məsləhət görə bilməzsiniz. Valideynlərə uşağın qarşışında çömbəlmək, gözlərinin içinə baxaraq sakit danışmağa çalışmaq təklif olunur. Əgər işə yaramırsa, bir neçə dəqiqə gözləyin, uşağın bir az sakitləşməsinə icazə verin və yenidən cəhd edin. Hər şey bağlanma nəzəriyyəsi ilə əlaqəlidir.

Bəli, İspaniyada uşaqlara münasibət məhz belədir. Uşaqlara qarşı bulinq və ictimai alçaldılması yoxdur, əgər körpə ağlayırsa, yoldan keçənlərin heç biri tərs-tərs baxıb “Off, bu uşaq niyə mızıldanır” deməyəcək. Uşağa əl qaldırmaq isə, ümumiyyətlə yolverilməzdir. Təbii ki, biz ispanları ideallaşdırmırıq. Ancaq bütün küçələri gəzmək lazımdır ki, uşağın üstünə qışqıran bir valideyn qarşınıza çıxsın. Onlar hamımızın arzuladığı “sehrli alfa” üslubunda uşaqları böyüdürlər.

İspan ataları uşaqların tərbiyəsində analarla bərabər iştirak edir

Atalar uşağın həyatına ilk günlərdən qarışırlar. Odur ki, İspaniyada ərin doğuşa girməsi tamamilə normal və təbii bir təcrübədir, burada doğuşa tək girən qadınlara qəribə baxırlar. Bundan əlavə, atalar analarla birlikdə analıq məzuniyyətinə gedirlər. İspanlara uşaqla ünsiyyət qurmaq üçün kifayət qədər vaxt verilir: analar – dörd ay, atalar – iki.

Nəticə etibarı ilə ispan qadınlar uşağın dörd ayından sonra işə çıxırlar, odur ki, həm analar, həm də atalar tərbiyə prosesində bərabər iştirak edirlər. Bir qayda olaraq, körpə ya nənə və babaların himayəsinə, ya da uşaq bağçasına verilir. Bizim üçün bu çılğın səslənir, 2 və ya 3 yaşında bu addımı atmağa qorxuruq. Ancaq ispanlarda qohumluq bağları o qədər güclüdür ki, qayğıkeş müəllimlərin sayəsində bu qorxu dərhal yoxa çıxır. Körpələrin ailə fotoları bağçada oyun otağında iməkləyən körpələrin göz səviyyəsində asılır.

İspanlar tibbin səviyyəsindən razıdırlar: uşaqdan əvvəl də, sonra da!

Doğuş və körpə ilə bağlı sağlamlıq xidməti sahəsində İspaniya ilk yerlərdən birini tutur. Burada xalq təbabəti müalicələrinə rast gəlməyəcəksiniz: heç kim uşağı çöpçüyə aparmır, qəbz olan uşağa sabun çubuqları ilə işgəncə vermir, onları bal və araqla ovuşdurmurlar. Bu, əhalinin savadlı məlumatlandırılmasının nəticəsidir. Məsələn, poliklinikalarda “Uşağıma qəlyanaltı üçün nə verməliyəm?” adlı böyük plakatlar var. Uşağın qidalanmasına dair məlumatlar aydın şəkildə qeyd edilir.

Heç bir həkim fuflomisin, interferon və bu kimi digər dərmanlar təyin etmir. Bu yanaşma sizi müsbət yön verir. İspanlar sağaltmağa çox can atmırlar. Əllərindən gələn hər şeyi etmirlər. Nadir hallarda malik olduqları tibbi imkanları sağa, sola xərcləyirlər.

Yuxarıdakıların hamısını ümumiləşdirsək, deyə bilərik ki, ispanlar özləri üçün yaşayırlar. Uşağı çox sevirlər, qayğısına qalırlar, amma özləri üçün də yaşamağa davam edirlər! Uşaq kainatın mərkəzi deyil, həyatının xoş bir hədiyyəsidir. Buna görə də onların işə, hobbilərinə və dostlarına da ayırmağa həmişə vaxtları və enerjiləri olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir