AILE HEKIMI

Həkim-terapevt hansı xəstəlikləri müalicə edir?

Baxış sayı: 482

Əgər səhhətinizdə hər hansı problem əmələ gəlibsə, ilk növbədə həkim-terapevtə müraciət edilir. Belə ki, terapevtin qəbulu bir çox məsələni aydınlaşdırmağa kömək edir.

Həkim-terapevt öz ixtisası üzrə olan xəstəlikləri müalicə edir, eyni zamanda, müalicə zamanı effektli nəticə əldə etmək üçün xəstədən müxtəlif ixtisaslı həkimlərin laborator və instrumental müayinələrindən keçməsini tələb edir.

 Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirilir ki, terapevt xəstəni müxtəlif ixtisaslı mütəxəssislərin müayinəsinə göndərsə də, bütün rəyləri nəzərə alaraq, nəticədə müalicə üsulunu özü müəyyənləşdirir.

Nermine Abbasova

 

Həkim-terapevt deyir ki, terapiya müxtəlif sahələrə bölünür:

Ürək-damar xəstəlikləri (revmatizm, hipertoniya xəstəliyi, aritmiyalar, ürək çatışmazlığı və s.),

Tənəffüs orqanları xəstəlikləri (qrip, traxeit, bronxit, pnevmoniya, bronxial astma, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri və s.)

Mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kolit və s.)

Revmatik xəstəliklər (birləşdirici toxumanın sistem xəstəlikləri, artroz, artrit və s.)

İfrazat sistemi xəstəlikləri (qlomerulonefrit, börəklərin digər autoimmun patologiyalar nəticəsində zədələnmələri və s.)

Endokrinoloji xəstəliklər (şəkərli diabet, tireoid xəstəlikləri) və s.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir