xatire mirzeliyeva

Şagirdlərdə dərsə marağı necə yaratmalı və onları necə öyrətməli?

Baxış sayı: 1. 277

Şagirdlərdə dərsə maraq oyatmaq və öyrətmək müəllimdən xüsusi bir peşəkarlıq tələb edir. Belə ki:

– Müəllim hər bir şagirdi ayrıca bir fərd olaraq görməli və dəyərləndirməlidir. Eyni zamanda bunu elə bir peşəkarlıqla etməlidir ki, şagird müəllimin bu yanaşmasını hiss etməlidir.

– Müəllim sinifdəki liderliyini elə professional formada icra etməlidir ki, şagird bunu hiss etməməlidir. Vəziyyətdən aslı olmayaraq şagird müəllimi həmişə anlayışlı, təmkinli, nəvazişli görməlidir. Əsl pedaqoq şagirdi sevgiylə ələ almağı və ona təsir etməyi bacarmalıdır. Şagird sinifdə “diktator bir müəllim” görməməlidir.

– Pedaqoq şagirdin psixoloji, fizioloji, sosial və elmi inkişafını onu qapıda qarşıladığı andan dərsin sonuna qədər  müşahidə etməlidir. Və hər dərsin sonunda da şagirdləri haqda qısa bir qeydiyyat aparmalıdır ki, bu qeydiyyatlar da digər pedaqoqlarla muzakirə olunmalıdır.

– Hər bir məktəbdə ən azı həftədə bir dəfə siniflər üzrə müəllimlər iclas keçirib dərs zamanı apardıqları müşahidələrə və qeydiyyatlara əsasən şagirdləri müzakirə edib, onlara kömək etmək uçün həll yollarını axtarıb tapmalıdırlar. Əlbəttə ki, bu zaman məktəbdə digər sahələrdə çalışan məsuliyyətli şəxslər də bu çalışmada iştirak etməlidirlər.

ders

– Pedaqoq dərsi izah edən zaman hər bir sinfin yaşını və səviyyəsini nəzərə alaraq, başa düşüləcək və sade bir formada dərsin derinliklərinə qədər izah etməyi bacarmalıdır. Müəllimin məqsədi şagirdlərə yalnız terminlər əzbərlətmək deyil, öyrəndiyi və dediyi hər bir sözün mənasını, səbəbini, əks göstərişini və s. izah etməlidir. Yəni şagird öyrəndiyi hər bir sözün səbəbini billməlidir. Məsələn, qələm qırmızıdır. Niyə qırmızıdır? Necə olur ki, biz onu qırmızı görürük? Həqiqətənmi qələm qırmızıdır, yoxsa biz onu belə anlayırıq? Və s. kimi suallarla şagirdə düşünməyi, düşünməyin dərinliklərini öyrətməyi bacarmalıdır.

Insan beyni bədəndə olan əzələlərdən biridir və digər əzələlər kimi işlədikcə daha da güclü inkişaf edəcək.

Deməli cəmiyyətin inkişafi üçün əsl peşəkar müəllimlərə olduqca böyük ehtiyac var.

 

Xatirə Mirzəliyeva

Təbiət elmləri üzrə İsveçdə çalışan mütəxəssis müəllim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir