manikur 7

Manikürdə mirvari trendi

Baxış sayı: 527

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhur model Heyli Biberin yaratdığı manikür “dalğasıdır”. Supermodel xüsusi bir manikür etməyə başladı, şəffaf örtük və parlaq lak. Bu texnika onun dırnaqlarına parıltılı mirvari effekti verdi.

MANIKUR

Çəhrayı-mavi parıltılı şəffaf dırnaqları bu yay Amerikada ən çox edilən manikür oldu. Bəzi salonlarda ona “Heyli Biber manikürü” adı verilib.

maikur 1

Razılaşın ki, bu qədər populyarlaşan trendi bütün qızlar öz üzərində sınaqdan keçirməyə can atır. Lakin Heylinin manikürünü olduğu kimi təkrarlamağa çalışmaq lazım deyil. Mirvari manikürü hər hansı bir pastel kölgədə edilə bilər – hətta yaşıl və ya sarı rəngdə. Siz həmçinin parıltının intensivliyini tənzimləyə bilərsiniz. Heyli dırnaqlarının daha az parıldamasına üstünlük verir. Sosial şəbəkələrdə daha parlaq nümunələr tapa bilərsiniz.

manikur 2

Yeri gəlmişkən, mirvari effekti ayaqlarda da çox gözəl görünür. Açıq ayaqqabıları sevirsinizsə, mütləq tətbiq edin. Belə bir pedikür səndəlin fonunda möhtəşəm görünəcək.

manikur 3

manikur 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir