istahsizliq

COVID-19-dan sonra iştahınız necədir?

Baxış sayı: 636

Son iki ildə həkimlər qidalanma pozğunluğu olan xəstələrin sayının artdığını qeyd ediblər. Mütəxəssislər bunu COVID-19 pandemiyası ilə əlaqələndirirlər. Virusun nə üçün nevroloji anoreksiyaya gətirib çıxarması və əvvəlki həyat dadını necə bərpa etmək haqqında aşağıdakı məqalədə məlumat ala bilərsiniz:

 

Sevimli yeməklərinizi xatırlayın

Bildiyiniz kimi, koronavirusun simptomlarından biri dad pozğunluğu, qoxu olmaması və ya bunların hamısının birləşməsidir. Xəstələr yeməyin dadını hiss etmirlər, bu da təbii olaraq iştaha təsir edir.

Bunun səbəbləri odur ki, koronavirus təkcə ağciyərlərə və həzm sistemi orqanlarına deyil, həm də reseptorlar, sinirlər, beyindəki mərkəzlərə qədər sinir sisteminə təsir edir. İştahın pozulmasının başqa bir səbəbi bədənin intoksikasiyası və qızdırmadır. İştahsızlıq hər hansı bir yoluxucu, o cümlədən viral xəstəlik üçün xarakterik bir simptomdur. “Üçüncü səbəb xüsusilə post-covid sindromu üçün xarakterikdir, bu zaman artıq temperatur, aktiv iltihab prosesi deyil, depressiya, narahatlığın  inkişafı ilə sinir sisteminin zədələnməsi prosesinin nəticələri üzə çıxmağa başlayır və panik ataklar ön plana çıxır. Bunun fonunda iştah da pozulur”,-deyə Tümen Kardiologiya Elmi Mərkəzinin qastroenteroloqu, terapevt Mariya Lyapin bildirib.

Əgər sağalma anından iki həftədən çox vaxt keçibsə və iştah geri qayıtmayıbsa, üstəlik, yeməyə ikrah hissi yaranırsa, həyəcan təbili çalmaq və mütəxəssislərə müraciət etmək vaxtıdır. Özünüz pəhrizinizi şaxələndirməyə, rəngarəng meyvə və tərəvəzləri daxil etməyə, göyərti, ədviyyatlar əlavə etməyə, xüsusilə bəyəndiyiniz yeməkləri xatırlamağa, iştahınızı açmaq üçün qeyri-adi dadlara cəhd edə bilərsiniz. Yaxşı bəslənmə üçün az yağlı ət, balıq, süd məhsulları, bütün dənli bitkilər pəhrizdə olmalıdır.

Nevroloji anoreksiya təhlükəli xəstəlikdir. Tibbi statistikaya görə, 10% hallarda xəstənin ölümünə səbəb olur. Vaxtında üstünə düşülərsə, xəstələrin 50-70% -i müalicə edilə bilər, lakin müəyyən hallarda bu, bir neçə il çəkə bilər. “Xəstənin bədən çəkisində 15-16% -dən çox çatışmazlığı olduqda, o, psixiatriya xəstəxanasına yerləşdirilir, digər hallarda müalicə ambulator şəraitdə aparıla bilər”,-deyə ekspertlər bildirirlər.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir