13928949335305e3d546ded

Qadınlar hansı yaşda xoşbəxt olurlar?

Baxış sayı: 1. 844

Yaponiyalı alimlər qadınların ən xoşbəxt yaş dövrünü araşdırmağa çalışıblar. Məlum olub ki, qadınlar özlərini 90 yaşından sonra daha xoşbəxt hiss edirlər

Rusiya KİV-lərində yer alan məlumata görə, alimlər bu barədə Osakada keçirilən elmi konfransda məlumat veriblər.

Araşdırma gündoğar ölkədə 70 yaşdan yuxarı qadınlar arasında sorğu formasında keçirilib. Sorğuda kişilər də iştirak ediblər. Araşdırmanın nəticəsi göstərib ki, yaşlı qadınlar özlərini yaşlı kişilərlə müqayisədə daha xoşbəxt hesab edirlər. Bununla belə, 90 yaşdan yuxarı olan qadınlar isə özlərini daha xoşbəxt sayırlar.

Tədqiqatda depressiyanın yoxluğu, insanın uzun müddət yaxşı əhval-ruhiyyədə qalması kimi bir sıra faktorlar nəzərə alınıb. Nəticələr ballarla qiymətləndirilib.

Xoşbəxtlik “şkalası” üzrə ən çox bal toplayanlar 90 yaşdan yuxarı qadınlar olub. Onlar 8,8 bal toplayıblar. 70 yaşlı qadınlar 7,4 bal, 80 yaşlı qadınlar isə 8,2 bal toplayıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir