m

Dünyanın ən uzun avtomobili

Baxış sayı: 1. 923

Dünyanın ən uzun avtomobili Ginnesin Rekordlar Kitabına düşən və uzunluğu 30,5 metr olan limuzindir. “Avtolent.az”ın məlumatına görə, bu nəqliyyat vasitəsinin 26 təkəri var. Hollivud kinostudiyalarının əsas avtomobillərindən sayılan həmin limuzindən daha çox xüsusi günlərdə -bayramlarda, film çəkilişlərində, karnavallarda istifadə olunur. Nəqliyyat vasitəsini Amerika Birləşmiş Ştatlarından olan mütəxəssis Cey Orberq hazırlayıb.

Bu limuzinin qeyri-adiliyi yalnız uzunluğunda deyil. Çəkisi 10 ton olan və “Cadillac” firmasının hazırladığı iki mühərriklə təchiz olunmuş avtomobilə eyni vaxtda 50 nəfər minə bilir.

Nəhəng limuzinin içərisində üzgüçülük hovuzu və böyük yataq da var.

Ən maraqlısı isə odur ki, avtomobilin üzərinə helikopter belə enə bilir. Bunun üçün limuzinin üstündə xüsusi “meydança” düzəldilib.

İkinci sürücü kabinəsi də olan avtomobil yalnız düz yolda hərəkət üçün nəzərdə tutulub. İkinci sürücü avtomobili döndərmədən geriyə hərəkət etdirmək üçün nəzərdə tutulub.

Dünyanın ən uzun yük avtomobili isə Çində istehsal olunub. Uzunluğu 73 metrə çatan və 880 təkər üzərində hərəkət edən avtomobildən Çzyansu əyalətində istifadə edilir. Bu nəqliyyat vasitəsi bir dəfəyə 2,5 min ton yük daşıya bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir