mektub

Tarixi şəxsiyyətlərin sevgililərinə etdiyi gözəl jestlər

Baxış sayı: 692

Bəzi sevgi münasibətləri var ki, onlar dildən-dilə dolaşıb dastan çevrilir. Bu yazıda tarixi şəxsiyyətlərin sevdikləri uğrunda etdiyi  gözəl jestləri haqqında danışacağıq.

 

Bir kişinin qadına olan sevgisinin rəmzinə çevrilən möhtəşəm Tac-Mahal

Şah Cahanın sevimli arvadı Mümtaz Mahal 14-cü uşağını dünyaya gətirərkən ölür. Bu hadisə şaha elə pis təsir edir ki, depressiyaya düşüb, özünə qapanır. Bir il sonra isə əbədi məhəbbətin rəmzinə çevrilən bu türbənin tikintisinə əmr verir.

İnşası 20 il davam edən Tac-Mahalı ərsəyə gətirmək üçün minlərlə işçi gecə-gündüz çalışıb. Buna da qeyd edək ki, tikintisi baha başa gəldiyinə görə dövlət böyük maliyyə çətinlikləri yaşayıb.

turbe

Kral XVI Lüdoviqın həyat yoldaşına hədiyyə etdiyi samur xəzi

Fransa kralı XIV Lüdoviq öz həyat yoldaşına çox dəyərli samur xəzindən düzəldilən palto hədiyyə etmişdi. Bu paltonun qeyri-adiliyi sadəcə qiymətində deyildi. Palto 1.5 kilometr uzunluğu ilə təəccüblü baxışları özünə cəlb etmişdi. Bu paltonu geyinərkən, kraliça sarayın bağçasında ayaqyalın belə gəzə bilərdi.

 

Sevgi məktublarının bir kitabda toplanması

Frans Kafkanın  özündən 12 yaş kiçik Milena ilə tanışlığı 1920-ci ilə təsadüf edir. Milena Kafkanın əsərlərini çex dilinə çevirirdi. Bir neçə dəfə görüşən sevgililər sonradan ayrılmalı oldular. Çünki Milena evli idi və bu sevgi imkansız idi.

Kafka Milenaya “Yer üzündə tam olaraq bildiyimiz heç bir şey yoxdur, ancaq bunu yaxşı bilirik ki, biz heç bir zaman birlikdə olmayacağıq” yazır və bu sevgi yalnız məktublar üzərində davam edir. Kafka 1924-cü ildə vərəmdən , Milena isə 1944-cü ildə vəfat edib.

Bu sevgi macərasından qalan “Sevgili Milenaya yazılan məktublar” olur. Frans Kafkanın Milenaya yazdığı sevgi sevgi   məktubları daha sonra bir kitabda toplanaraq  tarixdə əbədiləşmişdir.

 

Klaydın Boniyə hədiyyə etdiyi kaktus zəmisi

Hamımız məşhur oğrular Boni və Klaydı tanıyırıq. Onların qeyri-adi sevgi hekayəsi vardır. Məşhur oğru sevgilisinə tropik bitki olan kaktus zəmisini hədiyyə etmişdi, çünki o tekila içkisini çox sevirdi. Həmin içki məhz bu bitkidən düzəldilir.

 

Riçard Bartonun Elizabet Teylora hədiyyə etdiyi dəyərli üzük

Tarixə düşən ən inanılmaz hədiyyələrdən biri də Riçard Bartonun sevgilisi olan Elizabet Teylora hədiyyə etdiyi 70 karat brilyantdan olan dəyərli üzükdür. Bu üzük sehirli görünüşü ilə yaddaşlarda qalmışdı.

 

Djo Di Madjonun gözəl jesti

Gözəl jesti ilə yaddaşlarda qalan idmançı Djo Di Madjo dəlicəsinə sevdiyi məşhur aktrisa Merlin Monroya hər gün bir dənə qızılgül hədiyyə edib. Hətta onun ölümündən sonra belə qəbri üstünə qızılgül gətirib. 20 il ərzində hər gün sevdiyi qadına gül gətirən bu inanılmaz insan yaddaşlarda əbədi həkk olub. İllər boyu bu gülləri toplasaq 7305 güldən ibarət nəhəng bir gül dəstə olur.

 

Sevdiyi qadınla evlənmək üçün öz kilsəsini yaradan kral

İngiltərə kralı VIII Henri mərhum qardaşının vəsiyyətinə uyğun olaraq onun arvadı  Ketrinlə evlənir. Onun bu nikahdan 6 övladı olsa da, yalnız biri sağ qalır. Anna Boleynə vurulan kral oğlan övladı bəhanəsi ilə Ketrindən boşanmaq qərarına gəlir. Bu istəyini katolik kilsəsinə bildirdikdən sonra Anna ona kiçik bir hədiyyə göndərir. Bu hədiyyə balaca qızıl gəmi və almazdan düzəldilmiş qadın idi. Gəmi müdafiə, almaz isə sevgi rəmzidir. Krala məktubunda isə Anna ona öz sevgisini söz vermiş və onun qanuni həyat yoldaşı olmağa razılığını bildirmişdi. Katolik kilsəsinin qaydasına görə boşanmaq haqda icazəni yalnız Papa verə bilərdi. Papa isə İspaniya ilə əlaqələri pozmaq istəmədiyinə görə onları boşamır.

Nəhayət, VIII Henri İngiltərənin Katolik kilsəsindən ayrıldığını və Anqlikan kilsəsinin qurulduğunu elan edir. Beləliklə, kilsə başçısı olan VIII Henri öz nikahını ləğv edir və 28 may 1533 tarixində Anna Boleynlə gizlincə evlənir.

 

Mark Antoninin Kleopatraya hədiyyə etdiyi nadir inci

Adı tarixə düşən sərkərdə Mark Antoni cazibədar Kleopatranı heyrətləndirmək etmək üçün onun şərabla dolu qədəhinə nadir tapılan və çox dəyərli inci atmışdır.

 

Aristotel Anassis sevdiyi xanıma ada hədiyyə etmişdi

Milyarder Aristotel Anassis valeh olduğu Janet Kenediyə Yunanıstanda yerləşən “Əqrəblər adası”nı” hədiyyə etmişdi. İllər sonra həmin adada onların toyu olmuşdu.

ada

Padşah Navuxodonosorun asma bağları

Dünyanın digər möcüzələrindən biri olan Semiramidanın asma bağları İraqda yerləşir. Bu bağlar e.ə. VII əsrdə padşah Navuxodonosor tərəfindən həyat yoldaşına həsr olunmuşdur. Quraqlıqda salınan bu bağlar əsl sevginin rəmzinə çevrilmişdir.

 

Sevdiyi qadın üçün taxt-tacdan imtina edən kral

VIII Eduard və Uollis Simpson İngiltərədə ən çox müzakirə edilən cütlüklərdən biri olub. Atasının ölümündən sonra 1936-cı ilin yanvarında taxta oturan Eduard bu məsələdə çox istəksiz olub. Daha sonra Uollis Simpson adlı bir qadına aşiq olan kral onunla evlənmək istəyir. Ancaq qadının amerikalı və üstəlik boşanmaq üzrə olması bütün xalqın və kral ailəsinin narazılığına səbəb olur. Bütün bunlara baxmayaraq, sevgisindən vaz keçməyən Eduard “Tacınız sizin olsun” deyib, taxtdan imtina edir və həmin qadınla evlənir. “Sevdiyim qadının köməyi və dəstəyi olmadan kral vəzifələrini icra edə bilmərəm” deyən Eduard bizə bəzi qaydalara qarşı çıxaraq Meqan Markla evlənən və təzəlikcə kral ailəsinə məxsus imtiyazlardan imtina edən Şahzadə Harrini xatırladır.

 

“Dünya durduqca bu bulaq də mənim kimi ağlasın” deyərək  “Göz yaşı” bulağını tikdirən xan

Krım xanı Gəray bu bulağı 1763-cü ildə çox sevdiyi və gənc yaşda ölən həyat yoldaşı Dilarə Bikeçin xatirəsinə ithafən bağçasaraylı bir daş ustasına inşa etdirib. Bəzi mənbələrə görə isə Gəray xan hərəmində Mariya Potocka adında polyak əsilli gənc bir xanımı görən kimi aşiq olur. Xanım Krım xanının məhəbbətinə qarşılıq vermir və ölür. Gəray xan elə kədərlənir ki, məhəbbətini ifadə etmək üçün ən yaxşı heykəltəraşına daşdan ağlayan heykəl düzəltməsini əmr edir. Beləcə, şeirlərə mövzu, dillərə dastan olan Bağçasaray daş bulağı yaradılmış olur.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir