Zumrud Haqverdiyeva

Qadınların nəyə ehtiyacı var? – “SEANS VAXTI”

Baxış sayı: 600

Qadınlar emosional yaxınlıq və isti münasibətə ehtiyac duyarlar. Kişilər üçün yaxınlıq dedikdə cinsi münasibət nəzərdə tutulduğu halda, qadınlar üçün isə sahiblənməkdir. Anidən alınan bir gül, qucaqlaşıb film izləmək, qadın üçün önəmlidir. Qadın həyatında olan bəyin onu qucaqlamasını, isti münasibətini, qayğısını istəyir. Sadəcə cinsi münasibətin olduğu münasibətdə, qadın sadəcə özünü əşya kimi hiss edər. Özünü bir qadın kimi xoşbəxt hiss etməz.

Bəylər kimi qadının da üzərində  məsuliyyət olur. Belə bir deyim var ki, ailənin qurucusu qadındır. Bəzən isə qadını ev işlərini görən, yemək bişirib, uşaq saxlayan kimi qəbul edən bəylər də vardır. Bunun səbəbi isə odur ki, anası ilə problem yaşayan bəylər həyatında olan qadının üzərində bunu davam etdirmək istəyir. Qadınların, beyinlərindəki ünsiyyət modeli daha açıq və təsirlidir. Bu mövzuda da bəylərdən fərqlənirlər. Onun üçün ünsiyyət qurulan zaman bunu nəzərə almaq lazımdır. Misal: futbola baxan, və ya başqa işlə məşğul olan bir bəylə danışmaq üçün uyğun zaman deyildir.

Qadının, bəydə olan boşluğu doldurması, bir bəyi dəstəkləməsidir, ancaq bu qadının vəzifəsi deyildir. Bunu, qadının vəzifəsi olaraq vurğulamaq, qadının qəzəblənməsinə səbəb olur.

QADINLAR

Münasibətdə olarkən qadınlar, bəylərin ona bağlanmasını gözləyirlər. Xoşbəxt ailəsi olan qadınlar, bu isti münasibəti hiss etdirən bəyin, onunla tamamlanmış olduğunu hiss edir. Birlikdə keçirilən zaman bolluğu, mənalı olması hər iki tərəf üçün də önəmlidir. Hər an belə yanaşma olduqda münasibəti daha da gözəlləşdirir.

Bir qadının ən önəmli ehtiyacları nələrdir?

1) Emosional yaxınlıq.

2) Anlayış və açıq ünsiyyət.

3) Güvənli bağlılıq.

 

Psixoloq Zümrüd Haqverdiyeva 

Special Kids Bağça tipli Reabilitasiya Mərkəzi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir