qadaga

Ölkələrdəki maraqlı və qeyri-adi qadağalar

Baxış sayı: 592

Bəzi ölkələrin öz maraqlı və qeyri-adi qadağaları var. Tətilinizi pozmaq və ya yüksək cərimələrlə üzləşmək istəmirsinizsə, bunları bilməyiniz məsləhətdir. Turistlər təsadüfən olsa da bu qaydaları pozduqda onlara qarşı cəza tətbiq edilir.

eynek

Kapridə plastik boşqablar, eynəklər və pipetlərdən istifadə edə bilməzsiniz

2019-cu ildə İtaliyanın Amalfi sahillərindəki heyrətamiz Kapri adası bütün bioloji parçalanmayan birdəfəlik plastikləri qadağan edib. İllik 2,3 milyon turistin bu yerə gəldiyini nəzərə alsaq, ərazinin təbii gözəlliyi təhlükə altında idi. Adada birdəfəlik plastik fincan, çanta, boşqab və ya bıçaqdan istifadə edən turistlər 500 avroya qədər cərimələnir. Buna görə, bir günlük səyahət və ya çimərlik piknikini planlaşdırırsınızsa, yüksək cərimə ödəməmək üçün bioloji parçalana bilən və ya metal və daş əşyalar almalı olduğunuzu unutmayın.

sortik

Fransada üzgüçülük şortu qadağan edilib

Fransada çox az bilinən qanuna görə üzgüçülərə ictimai hovuzda üzgüçülük geyimi qadağandır. 1903-cü ildə rəsmiləşən qanuna görə, hər yaşda olan kişilər ictimai hovuzlarda çimərlik paltarı geyinməli idi. Qanunun gigiyenik səbəbdən tətbiq edildiyi bildirilir.

REQS

İsveçdə lisenziyasız məkanda rəqs edə bilməzsiniz

İsveçdə rəqs icazəsi olmayan məkanda rəqs etmək yer sahibini çətinliyə sala bilər. Bar və ya klubun icazəsi olmadığını bilmirsinizsə, rəqs etməyiniz qeyri-qanunidir. Qanun 1930-cu illərdə qüvvəyə minib və bu qanuna qarşı bir neçə təkliflər olub, lakin 2020-ci ildə insanlar Footloose tərzi qaydasını pozduqlarına görə cərimələniblər. “Afrinik” saytının məlumatına görə, İsveç parlamenti qanunun köhnə bəndinin ləğvinə rəsmən səs verib, lakin qanunun hələ də icra olunduğuna dair iddialar var.

bikinI

Sorrento küçələrində bikini geyinmək tamamilə qadağandır

Amalfi sahilindəki yerləşən İtaliya qəsəbəsinin küçələrində çimərlik geyimlərini geymək qadağan edilib. Qaydanı pozanlar 500 avroya qədər (təxminən 425 funt sterlinq) cərimə oluna bilərlər. Qanuna görə, bikinidə dəsmalda və ya dəniz kənarında gəzənlər cəzalandırılmır, lakin Sorrento küçələrində bikinidə gəzmək isə tamamilə qadağandır.

goyercin

Venesiyada göyərçinlərə yem vermək olmaz

2008-ci ildən bəri Venesiyada quşları bəsləmək üçün taxıl satmaq və ya paylamaq qanunsuzdur. Şəhərdə göyərçinləri bəslədiyi aşkarlanan istənilən turist 50 avro cərimələnə bilər. Bu qaydanın quşların Venesiya küçələrini dolduran mərmər heykəllər, binalar və fasadlardakı kiçik boşluqlara zərər vurması səbəbindən qoyulduğu iddia edilir. Göyərçinlərin arxitekturaya vurduğu zərərin təmizlənməsi və təmiri vergi ödəyicilərinə baha başa gəlir.

hundurdaban_ayaqqabi_00

Yunanıstanda hündürdaban ayaqqabılardan çəkinin

Yunanıstanda tətiliniz zamanı hündürdaban ayaqqabı geyinə bilməyəcəyinizdən narahat ola bilərsiniz. Amma bu qayda qədim abidələrə aiddir. Afinadakı Akropolda, Herod Atticusun Odeonunda və Peloponnes bölgəsindəki Epidavr Teatrında hündürdaban ayaqqabı geyinmək qanunsuzdur. Qadağa 2009-cu ildə rəsmiləşib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir