sevgi

Qadınlar kişilərdən pul yox, bunları istəyir: yataqda qəhvə, sadiqlik və…

Baxış sayı: 628

Əksər kişilər düşünür ki, qadınlar onlarla ancaq pula görə münasibət qurmaq istəyir. Ancaq qadınların çoxu özünü əhəmiyyətli hiss etmək üçün qarşı cinsdən istilik, sevgi gözləyir.

Beləliklə, qadınların həqiqətən nə istədiyi ilə bağlı kişilər üçün 5 məsləhəti təqdim edirik:

QADINLAR

Qadın eşidilmək istəyir. Əziz kişilər, ruh yoldaşlarınızla daha çox danışın və onları həqiqətən dinləməyə çalışın.

Qadın istəyir ki, kişi ona olan sevgisini göstərsin. Sevgini səhər yataqda qəhvə təklifi ilə də göstərə bilərsiniz.

Qadın kişinin çalışqan olmasını istəyir. Bu, xanımlar üçün vacib olan ən dəyərli kişi keyfiyyətlərindən biridir.

Qadın kişidən təşəbbüs gözləyir. Xanımlar özləri hər şeyi edə bilər – sevdiyi insanı görüşə çağıra bilər, yaxud da ən maraqlı təkliflər verə bilər. Lakin bunu daha çox əks cinsdən gözləyirlər.

Qadın istəyir ki, sevdiyi şəxs yalnız onun olsun. Ona görə də tez-tez “məni sevirsən?” kimi sual verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir