Zumrud Haqverdiyeva

Övladınıza qoyduğunuz “adlar” – “SEANS VAXTI”

Baxış sayı: 600

Övladınız haqqında başqa birisinə danışanda diqqətli olmağınız lazımdır. Bəzən diqqətdən qaçırdığınız şeylər ola bilər, bu da ona vurğuladığınız adlandırmadır. Misal: Tənbəl, yaramaz, məsuliyyətsiz və.s.  Bu tip adlandırmalar, övladınızın formalaşmaqda olan şəxsiyyətinə mənfi təsir edir və  aşağı özgüvən yaradır.

Adlandırma, bir başqası ilə müqayisə etmək, uşağın inkişafına mənfi təsir edir. Siz, valideynlər olaraq uşağın inkişafına dəstək olmalısınız.

Övladınız sizin üçün önəmli, onun üçün hər şey edəcək qədərsiniz  Övladınız üçün hər şeyin ən yaxşısı üçün çalışırsınız. Bunu bilməyiniz gərəkdir ki, özünüzü inkişaf etdirməsəniz, övladınıza da inkişaf etdirə bilməzsiniz.  İlk öncə özünüzü inkişaf etdirməli və yeniliyə açıq olmalısınız. Övladınız üçün nümunəvi rol olaraq, güclü şəxsiyyət, sizsiniz.  “Güclü” kimi nümunə olaraq, övladınıza inansanız, övladınızdan özünə inanacaqdır. Onun özünə güvənməsi və inanması isə ətrafında olanlar övladınıza inanacaqdır.

VALIDEYN

Unutmayın, uşaqlar bir “Ağ lövhə” olaraq dünyaya göz açar. Sizin onda yazdığınız yazılar, onun şəxsiyyətini formalaşdırır. Uşaqlar ətrafı təlqin yolu ilə kəşf edir. Daha yaxınında siz olduğunuz üçün, sizin davranışlarınızı mənimsəyəcəkdir. Onun üçün nəyinsə düzəlməyinizi istəyirsinizsə, ilk öncə özünüzə nəzər edin. Əksikliklərinizi düzəltməyə çalışın.

 

Zümrüd Haqverdiyeva

“Special Kids” Bağça tipli Reabilitasiya Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir