zumrud haqverdiyeva

Xəyanət nədir? – “SEANS VAXTI”

Baxış sayı: 589

Xəyanətin nə olduğu anlayışı xəyanət edən şəxsin coğrafi mədəniyyətə görə dəyişir. Misal üçün;  çoxarvadlılıq dünyanın bəzi ölkələrində qanuni olduğu halda, bəzi ölkələrdə bunun əksi var. Çoxarvadlılığın qəbul edildiyi bir ölkədə evdə birdən çox həyat yoldaşının olması normal sayılsa da, tək nigahlılığın qəbul edildiyi bir bölgədə bu vəziyyət qəbuledilməz hesab olunur.

Tək nigahlara qadın və ya kişi partnyorunun onun kimi başqa arvadı olduğunu gördükdə məyus ola bilər, çoxarvadlılığın qəbul edildiyi evdə isə bu vəziyyət qadın tərəfindən normallaşdırılır. Bundan əlavə, qadınların sıxışdırıldığı, arxa plana atıldığı mədəniyyətlərdə birdən çox arvadla evlənmək, xəyanət, kişi  hökmranlığını qoruyub saxlayan mədəni bir zərurət kimidir.

 

Xəyanət nədir?

Xəyanət nədir; Ən azı iki nəfərin bir-birinə qarşı aldatma, emosional və ya cinsi istismar kimi mənfi duyğu, düşüncə və davranışları nəticəsində meydana gələn dağıdıcı  vəziyyətdir. Xəyanətin mənasını bir söz kimi izah etsək, romantik münasibətlərdə ortaqlardan birinin digəri ilə emosional, cinsi və fiziki aldadılması mənasında işlənsə də, xəyanətin cavabı sadəcə aldatmaq deyil.

Xəyanət ikitərəfli münasibətdə olan tərəfdaşlara aid olduğundan, xəyanət edən və xəyanətə məruz qalan öz hisslərini fərqli həddə yaşaya bilərlər. Xəyanət edən insanlar xəyanətdən sonra özlərinə qarşı peşmanlıq, kədər, günahkarlıq, acizlik, qəzəb kimi hisslər yaşaya bilərlər. Ancaq bu insanlarda xəyanət etməzdən əvvəl xəyanət etdikləri şəxslə bağlı travmatik hadisə və ya şəxsiyyət pozğunluğu əlamətləri varsa, bu insanlar xəyanət etdikdən sonra da xoşbəxtlik, həzz, cəzalandırılma və var olma həzzini də hiss edə bilərlər. Bu vəziyyətdə xəyanətə məruz qalan insan yaşadığı sarsıntı və kədər nəticəsində özünə inamsızlıq, ağrı, peşmanlıq, qəzəb və qisas almaq istəyi hiss edə bilər. Xəyanət nəticəsində ən çox sorğu-sualları xəyanətə məruz qalan şəxs edir. Bu prosesdə ən çox cavab veriləcək sual “Mənə niyə xəyanət etdin?” sualıdır.

 

Niyə xəyanət edilir?

1) Bir fərd üçün  xəyanətin səbəbi bir-birindən fərqlidir. Cütlüklər arasında görülən xəyanətin səbəblərindən biri də əlaqə davam edərkən ortaqlardan birinin özünü laqeyd hiss etməsidir. Özünü laqeyd hiss edən insan da emosional sarsıntılar yaşamağa başlayır. İnsan başqa bir insanın diqqəti, sevgisi və yaxınlığı ilə bu emosional sarsıntının öhdəsindən gəldiyində, ortağına olan sədaqəti pozulur və qarşıdakı insana bağlılığı inkişaf etməyə başlayır.

2) Ən çox rast gəlinən səbəblər şəriklərin ayrılması və ya boşanma şərtlərinin maddi və mənəvi cəhətdən kifayət etməməsi ilə bağlıdır. Bundan əlavə, evli cütlüklərdə şəriklər bir-birini xoşbəxt edə bilməsələr də, uşaqlar üçün evliliyin davam etdirilməsi öhdəliyi cütlük daxilindəki bədbəxtliyi basdırmaq üçün bir tərəfi xəyanətə sürükləyə bilər.

3) Ayrılma qərarının partnyoru və ya evli ortağı tərəfindən qəbul edilməyəcəyini və onlara hədə-qorxu ilə yaxınlaşa biləcəyini düşünən insanlar, ortağının özünə, uşaqlarına, ətrafına və ya başqalarına zərər verəcəyi qorxusu ilə xəyanəti gizli saxlamağa çalışa bilər.

4) Xəyanət edən şəxsin özünü təsdiq etməsidir.

5) Mənəvi boşluğunun qarşısındakı şəxs tərəfindən ödənilməməsidir.

6) Hansısa bir psixi pozuntusu vardır.(Şəxsiyyət pozuntusu)

 

Xəyanətdən sonra nə baş verir?

Xəyanətdən sonra cavablandırılması lazım olan digər sual xəyanətdən sonrakı müddətdir. Xəyanətdən sonra insanda yaranan bu mənfi duyğular sağalmadıqda, aldanan insan sonrakı yaxın münasibətlərində şübhəli və nəzarətçi olmağa meyllidir. Şübhənin onları xəyanətdən qoruyan bir hiss olduğuna inanan bu insanlar zamanla depressiya, narahatlıq, paranoya kimi əhval pozğunluqları yaşamağa başlaya bilərlər.

Xəyanətdən sonra insan özünü dəyərsiz və qeyri-kafi hiss etməyə başlayır və bu mənfi hissləri basdırmaq üçün spirtdən istifadə etmək, mənfi vərdişlərə yönəlir, çox tez-tez partnyor dəyişmək kimi mənfi davranışlar edə bilər.

 

Xəyanətə düçar olmuş insanlar hansı duyğuları yaşayır?

Aldadılan insanlarda bəzi duyğuların çox üstünlük təşkil etdiyi görülə bilir. Bunlara aiddir:

 

Günahkarlıq hissi:

Xəyanətə uğradığını dərk edə bilmədiyi üçün bunun ona görə olduğunu düşünərək aldadıldığı üçün özünü qınayır.

Qəzəb:

Xəyanətə məruz qalan insan, yaşadığı mənfi duyğuların öhdəsindən gəlməkdə çətinlik çəkərək partnyoruna qarşı şiddətli qəzəb hiss edə bilər. Bu insanlar xəyanətə layiq olmadıqlarını düşünür və tərəfdaşının cəzalandırılmasını və ya bunun əvəzini ödəməsini arzulayırlar.

 

Utanma:

Xəyanətə məruz qalan insan yaşadığı kədər nəticəsində sevgiyə layiq olmadığını  hiss edə bilər. Bu insan aldanılmağı,uğursuzluq kimi görə bilər və cəmiyyət tərəfindən qınanılacaq  bir qüsuru olduğuna inana bilər.

 

Zümrüd Haqverdiyeva

Special School Məktəb tipli Reabilitasiya Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir