Novruz süfrəsi neçəyə başa gəlir? – KALKULYATOR

Baxış sayı: 2. 113

… Hər bayramöncəsi rast gəlinən süni qiymət artımı bu gün də hiss olunur. Məsələn, Novruzun əsas yeməyi – süfrəmizin şahı plovun hazırlanması üçün babat xərcə düçmək lazımdır. Ətin kiloqramı 8-10 manat arasında dəyişir. Düyülərin qiyməti isə  2–3 manat arasındadır. Badam 13.7 AZN, xurma 4.42 – 9.10, şabalıd 7.00, alça turşusu  4.90, kişmiş 4.60 – 10.00, ərik qurusu 3.25 – 7.00, iydə 2.00 – 3.00 AZN təşkil edir.  4-6 nəfərlik ailə üçün plovun hazırlanmasına 10-15 manat arasında pul xərcləmək lazımdır.

Meyvə və tərəvəzlər də bayramı görər-görməz bahalaşıblar.  Bazarlarda və marketlərdə almanın qiyməti 0.50 – 1.50 manat arasında dəyişir. Armud isə 1.00 – 2.00 manatadır. Portağalın qiyməti 1.20 – 1.50 manat arasındadır. 5 gün öncə 1.50 AZN-ə satılan narıngini hazırda 2-2.50-dən ucuz tapmaq mümkün deyil. Bananın qiyməti isə 2.30-2.50 arasındadır.  Pomidor və xiyarın qiyməti isə 1.50 – 1.70 manat təşkil edir. Göyərtilər isə 15-20 qəpikdir.

Novruz süfrəsini şəkərbura və paxlavasız təsəvvür etmək olmaz.  Bazarda qoz 2.50 – 3.00 manata satılır. Qoz ləpəsi isə 10.00 – 13.00 AZN, fındıq ləpəsi isə 6.00 – 7.00 AZN arasında satılır.

Şəkərbura və paxlavanın bişirilməsi üçün lazım olan Rusiya istehsalı olan kərə yağlarının qiyməti 3–5, Azərbaycanda Yeni Zelandiya kimi tanınan kərə yağının qiyməti isə 7–8 manat təşkil edir. Unun bir kq-ı 30-50 qəpikdir. Şəkərin bir kiloqramı 80 qəpikdir. 2 ədəd smetanın dəyəri 3-4 manat arasındadır. 4-8 manat arasında olan şkoladlar daha çıx satılır.

Novruz bayramının əsas atributlarından biri sayılan səmənilərin qiyməti isə 1-5 manatdır.

İstənilən halda, bayram gözəldir! BAYRAMINIZ MÜBARƏK!

 

Bəxtiyar Şamilbəyli

gencaile.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir