qocalma

Fərqlilikləri ilə hər kəsi şoka salan 10 insan

Baxış sayı: 561

Dünyanın demək olar ki, hər bir sakininin internetə çıxışı olduğu 21-ci əsrdə insanları nə iləsə təəccübləndirmək son dərəcə çətindir. Bununla belə, varlığına inanmaq asan olmayan bu 10 qeyri-adi insan haqqında məqalənin marağınıza səbəb olacağından əminik:

 

1. Şon Stivenson – dünyanın ən kiçik əri

Bu yetkinin boyu 90 santimetrdir, əlil arabasının köməyi ilə hərəkət edir. Buna baxmayaraq, Şon xoşbəxtdir, həyatı sevir, dünyanı onun ətrafında və daxilində mövcud olduğu kimi sevir.

1

2. Lia Benninqhof və Aro Dreyven-vampir

Vampirlər ailəsinə nadir hallarda rast gəlinir. İkisi bir-birinin qanını içir və çiy ət yeməyi sevirlər. Onlar gecə həyat tərzi keçirirlər.

vampir

3. Yalnız İbrahim Hamato əlsiz tennis oynaya bilər

İbrahim Hamato Misirdən olan stolüstü tennis üzrə Paralimpiya çempionudur. Şəkildə o, martın 6-da Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən sərgi matçı zamanı zərbəni dəf edir.

hamile-idman

4. Hamilə ağır atlet – Meqan Literman

Foenix (Arizona) sakini fəxr edir ki, hamiləliyi zamanı idmanı heç vaxt dayandırmayıb. Hamiləliyinə baxmayaraq, bütün 9 ay ərzində həftədə ən azı 5 dəfə ağır atletika zalında məşq edib. Doğuşa 2 gün qalmış isə pauerliftinq hərəkətlərindən birində rekorda imza atıb.

22

5. Kessidi Huper – burnu və gözü olmayan qız uşağı

Həkimlər heç vaxt Kessidinin nadir fiziki qüsurla – göz və burnun tam olmaması ilə doğulmasının səbəblərini müəyyən edə bilməyiblər.

Bu yaxınlarda onun arzusu gerçəkləşdi: 10-dan çox plastik əməliyyat zamanı cərrahlar qızın qabırğasından götürülmüş sümükdən onun burun çəpərini formaya saldılar, sonra isə alın nahiyəsindən alınan dəri ilə üzərini örtdülər.

7bf3f54166420417694601552810123255

6.  Vinni Harlou – vitiliqolu model

Vinni 3 yaşından bəri piqmentasiya pozğunluğundan əziyyət çəkirdi. Bununla belə, o, bütün komplekslərin öhdəsindən gələrək uğurlu bir model oldu.

ilan

7. Kajol Xan – ilan ovçusu

Kajol Xan Qatampur şəhərindən olan səkkiz yaşlı hindistanlı qızdır, kral kobralarının əhatəsində yeyir, yatır və oynayır. Bu balaca ilan ovçusu kobraları öz dostları adlandırır, baxmayaraq ki, bu zəhərli ilanlar onu üç dəfə dişləyib.

ayi

8. Yalnız Mark Düma qütb ayısı ilə üzə bilər

Hər kəs bilir ki, qütb ayıları ən təhlükəli vəhşi heyvanlardan biri hesab olunur; Düma üçün isə 400 kiloluq ağ ayı Egi demək olar ki, ən yaxşı dostdur. Onların ünsiyyəti heç də vəhşi heyvanla insan arasındakı adi əlaqəyə bənzəmir – burada heç bir qoruyucu maneə və ya qamçı yoxdur.

qadin

 

9. Bel Kelli Li Dekai – cəmi 40 sm

Kelli çox fərqli bir görünüşə malikdir və dünyanın ən incəbelli xanımlarından biridir, boyu 40 sm-dən bir qədər çoxdur. Belə bir nəticə əldə etmək üçün Kelli 7 il dar korset geyinərək gəzib.

qocalma

10. Sem Börns – qocalıqdan dünyasını dəyişən yeniyetmə

Sem Börns 17 yaşında vəfat edib. Valideynləri sayəsində vaxtından əvvəl qocalmağa səbəb olan genetik progeriya adlı xəstəliyin daşıyıcısı idi.

 

Nubar Sülüymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir