Həkimlər axşam 10-dan gec yatmağın orqanizmə faydalı olmadığını bildirir.
Nevroloq Aleksandra Alexina isə digər məqama toxunub. Saat 9-a kimi yatağa girib yatanlar da səhv edir.
“Əgər siz hava qaralan kimi saat 20-21:00-də yatmağa gedirsizsə, bu zaman demensiya riski 70% artır. Xüsusən 60 yaşlı insanlar bu saatlarda yatarsa, beynin koqnitiv funksiyaları xeyli düşür, beyin xəstəlikləri artır. Təcrübədə saat 9-a kimi yatağa girənlərdə və 8-9 saat yatanlarda əqli gerilik riski 70%-dən yuxarı olub. Amma bundan da dəhşətli fəsadlar yuxusuzluqda olur. Çalışın yuxuya saat 22-23:00-arası gedəsiz”.