xeyanet

Evli kişilər niyə ailədənkənar sevgi münasibətləri qururlar?

Baxış sayı: 517

Kişilər gördüyü qadınların gözəlliyini həmişə ön plana çəkiblər. Onun gözü, qaşı, baxışı… Tarix boyu çox ölkədə qadının yerişi gözəllik simvolu olub. Onu, məsələn, yaponlar lakos çiçəyinin dalğalanmasına, italyanlar Misir ehramının küləkdəki səsinə və s. bənzədiblər.

Qadın gözəllik simvoludur. Qadın həmişə zərif, qadın həmişə buyruq verəndir. Bütün dövrlərdə tarixi kişilər idarə etsə də, əslində, bütün evlərdə, elə ölkələrdə də, qadınların sözü keçir. Qadınlar hələ eramızdan əvvəlki ilk illərdən başlayaraq öz kişilərini, sən qəhramansan deyib mamont, dinozavr üstünə göndərməyibmi?.. Demək qadın bacarıqlıdır, bacarandır. Bəs bu cür bacarıqlı, çox şeyə qadir qadınlar əsrimizdə nəyə görə bu qədər acizdirlər? Vaxtilə sevib-seçdikləri ömür-gün yoldaşlarını, yanında yatırdıqları uşaqlarının atasını başqa qadınların xəyalı ilə yatırırlar.

Bunun səbəbi nədir?.. Bir çox səbəbi ola bilər. Belə ki, bir çox ailədə bu, həm fərqli, həm də fərdidir. Ancaq ümumi bir fikir var. “Kişini evə bağlayan da qadındır, evdən soyudan da qadındır” , “Qadın böyük qüvvədir” ! və s.

Bəlkə bu məsələdə elə qadınların günahı daha böyükdür? Bəli, bəzən kişini evə yox, çölə, çöldəkinə meyilləndirən də elə məhz qadın özüdür. Biz evləndiyimiz gün danışıq, geyim, baxış, söz, bəlkə xasiyyətlərimizi də dəyişik şəkildə tanıdır və özümüz olmaqdan uzaqlaşırıq. Qadınlar evləndikdən sonra tamamilə dəyişə bilirlər. Sanki ömür-gün yoldaşlarını mənimsəyib, artıq o mənimdir, deyib öz kəbin zənciri ilə onları bərk-bərk bağladıqlarını düşünürlər. Ancaq kişilərin azad ruhu bu zəncirləri qıra bilir. Bəzən o qədər tez qırır ki, heç qadının evdə uşağa başı qarışması və yaxud da baxımsız halda olması da buna gətirmir. Evdə kiçik bir cansıxıcı, söhbət və münaqişə və ya soyuq rəftar belə kişinin evdən uzaqlaşmasına gətirib çıxarır.

Belə ki, qadınlar danışmağı sevir. İncidildiyi, gördüyü laqeyidlik və ya soyuq münasibət haqqında və s. həmin an qadın istəyir ki, onun ömür-gün yoldaşı da bu söhbətlərə maraqla qulaq assın. Bəzən şikayətlərini təsdiqləsin, ona haqq versin. Əvvəlki kimi ərinin qarşısında gözəl ətirlərlə, baxımlı, saç düzümü qaydada, təmiz, səliqəli geyimdə çıxmır qadın. Hələ bir-iki uşaqdan sonra qadın həyatını ailəyə o qədər fəda edir ki, lap unudur özünü. Ancaq qadın hər zaman unutmamalıdır ki, o, həmin fədakarlığı bir az da həyat yoldaşına etmək məcburiyyətindədir. Çünki kişi bütün gözəl hissləri verməklə bərabər almaq istəyəndir və daim axtarışdadır.

Bəli, mövzumuz aldadan kişilər, aldanan qadınlardır, bəlkə də bir ovuc sevgini başqa baxışlarda axtarmağa məcbur kişilər. Biz burda fədakar, ailəsi üçün ilan kimi qabıq qoyan kişi və qadınlardan danışmırıq. Biz burda cəmiyyətin bu günkü reallığını-Azərbaycan kişisinin evdə tapmadığını başqa könüllərdən mədət umması məcburiyyətindən danışırıq.

xeyanet

Bəs Azərbaycan kişisinin öz qadınını başqa qadına dəyişməsinə səbəb nədir?

Aldadılan qadınlar həmişə onlardan çox gözəl bir qadın tərəfindən aldadılmırlar. Onlardan fərqli hiss etdirən bir qadın üçün aldadılırlar.

Kişilər nə üçün aldadır? Biz burda sevmədən evlənən kişiləri qeyd etmirik. Sevib-seçib, arzulayıb evinə gətirib özlərinə ömür-gün yoldaşı edən kişilərin nəyə görə yoldaşını aldatması problemindən söhbət açırıq.

Kişilərin bir çox istəkləri var. Tarix boyu kişilərin gözündə qəhraman kimi görünmək istədikləri bir qadın obrazı olub. Qladiatorların bir-birini minlərcə insanın gözü qarşısında -öldürməsi, at çapıb, qılınc oynatmaq bacarığını nümayiş etdirməsi, elə kişilərin hansısa bir qadının gözündə qəhramana çevrilməsi istəyidir. Kişilər qəhraman olmaq istəyir.

Ailə müqəddəs cəmiyyətdir deyirik və bunu birmənalı qəbul edirik. Ancaq bu müqəddəs cəmiyyət bu gün bu müqəddəsliyini qoruyurmu?.. Yox, bu formal olan bir şeydir. İnsanlar bir-biriləri ilə bəzən könül bağı ilə bağlandığının möhkəmliliyini ailə-nikah məcəlləsi yerinə yetirə bilmir. Çünki qadınların evləndikdən sonra çox halda qadınıq məsuliyyətlərini unutmaları, daraqsız olaraq işdən gələn kişini qarşılaması, uşağa, evə özününü fəda verməsi və bu yorğunluq əsasında kişinin çöldən gəldiyi zaman nə cür çətinliklər çəkərək gəldiyinə qarşı laqeyidliyi, onun işdəki gününün necə keçdiyini soruşmaq ehtiyacı duymaması, evdə sınan, təmir olunan hər hansı bir santexnik təmirinə ehtiyac olan əşyanın belə, kişinin evdə etməsi, ev işlərinə kömək etməsi və s. kimi halların qiymətləndirilməməsi, kişinin saatlarla tıxaclarda qalıb bazarlıq edib evə gətirdiyi ərzaqların qadının ürəyincə olmamasına görə üz ifadəsi, hətta verdiyi sərt reaksiya buna görə kişini bir növ danlaması, bəzən öz narahatlığı və yorgunluğunu bəhanə edərək hər həftəsonu evdə dinçəlmək yox, mütləq harasa apar deyə, hər hansı bahalı istirahət mərkəzinin seçilməsi yönündə israr etməsi də, bunlara səbəb olur. Evə işdən-gücdən gec saatlarda evə gələ bilən kişinin rahatlıq və istirahətinin təmin olunmaması və s.

Bu da danılmaz faktdır ki, (bəzi istisnaları çıxmaq şərtilə) hər bir ailədə hüzur yaradan qadındır. Qadın böyük varlıq, eyni zamanda, böyük bir qüvvədir və qadının bacarmadığı məqam demək olar ki, yoxdur. Çünki qadın istəsə, kişi nə qədər pis olsa da, evdə çox gözəl bir ortam, abu – hava yarada bilər. Və çox gözəl övladlar tərbiyə edə bilər. Çünki qadın bunu bacarar. Qadın gözəl ana, gözəl xanım, gözəl ömür – gün yoldaşı ola bilər…

Bəzən işləyən qadınlar arasında belə hallar olur ki, o öz əri ilə bərabər miqdarda, bəzən də az, evə maaş gətirir. Bu zaman o özünü güclü tərəf hiss edir və hegomon qüvvə kimi görür. Ərini yox saya bilir, onun paltarına yetərincə səliqə – sahman göstərmir, nə yeyəcək deyə qətiyyən narahat olmur, kişi ondan nə arzu edərsə, yorğunluğunu, iş- gücün başından aşdığını vurğulayıb kişini geri çevirib istəyini gözündə qoyur. Belə təqdirdə bəzən kişi axtardığı nəvazişi, isti qucağı, dadlı yeməyi, ütülü köynəyi başqa əllərdə tapar.

Sevildiyini bilən, dəyər görən, hər mənada təmin edilən kişi öz yuvasında xoşbəxt və bərqərardır.

Elm sübut edir ki, insanda orta hesabla mindən çox duyğu hissi vardır. Bu qədər duyğu hissləri içərisində istək sevgi və şəfqət önəmli yer tutur. Bu hisslər insan qəlbində əvəzsiz nemətdir. Bəs bu hissləri önəmsəyən qadın, nə üçün eyni hissləri öz ömür-gün yoldaşına qaytarmır?.. Qadın heç bir məqamda öz qadın borcunu unutmamalıdır. Axı, kişilər nazlı, baxımlı və şən qadın istəyirlər. Bu onların ən təbii haqqıdır.

Narahat, əsəbi, gərgin, daim narazı və qaşqabaqlı qadınlar kişiləri evdən soyudan önəmli nüyanslardandır.

Nəzər salsaq, görərik ki, kişilər qaçdıqları problemi tapdıqları adamın yanında hiss etmirlər. Heç bir sevgili niyə xarab meyvə – tərəvəz aldığı üçün onu danlamır. Heç bir sevgili niyə ailə büdcəsini içkiyə və ya hansısa əyləncə sevdana xərclədin demir. Heç bir sevgili onunla rəqs etmək istəyən kişiyə olmaz demir, əksinə gözəl qarşılıq verir. Ancaq həyat yoldaşı bu nədir, bu nə yüngüllükdür, uşaqlar baxır deyib, özündən uzaqlaşdıra bilər. Çünki qadınlar evliliyi ciddi, öz övladlarına nümunəvi örnək olaraq görürlər.

Məsələn, həyat yoldaşı qapıdan içəri girərkən belə laqeyidlik göstərən bəzən də, ümumiyyətlə, görməzdən gəldiyi halda kişinin sevgilisi onu səbirsizliklə gözləyir.

Bəli, onu əvvəl pəncərə önündə, sonra isə qapıda gözləyən sevgili görər-görməz kişinin boynuna sarılır və onu gözəl sözlərlə öpüşlərə qərq edir. Kişi həmin anın verdiyi xoşbəxtlik həzzini nəyə dəyişər ki… Özünü cənnətdə, yəni sevgi, ehtiras dolu qucaqda hiss edən kişininin o ankı sevinci, uşaqcasına şıltaqlığı əlbəttə ki, qədərsizdir.

Sevgilisi tərəfindən ona özəl olaraq açılan süfrədəki o təamların dadı mədəsindən onun çox ac olan ruhunu doydurur.

Özünü dəyərli hiss edən kişi, ona nazla baxan sevgilisinin baxışları altında necə əridiyini göstərir.

Və ən əsası kişilər sevişmək istəyir, həyəcan istəyir, alovlu ehtirasına qarşılıq istəyir.

CİNSƏLLİK – kişilərdə ən önəmli faktordur. Evliliyin ilk illərindən başlayaraq bunu artıq evdə ala bilməyən kişiyə o rəngarəngliyi yaşadan sevgili bütün dəyərləri – ailə, uşaq, atalıq duyğusu, sədaqətli ər olma məsuliyyətini və s. hər şeyi kölgədə qoymağı bacarır.

xeyanet

Təbii ki, cinsəl olaraq kişi çox vaxt qadından daha istəklidir, arzu edəndir.

Kişi öz nikahlı, kəbinli qadınından hər şey istəmək haqqına sahibdir. Hər bir kişi istəyər ki, axşamları yorğun halda öz yuvasına, evinə gələndə və ən böyük rahatlığı, qayğını öz evində tapsın. Çünki hər bir insan üçün öz evindən rahat, hüzurlu heç bir yer ola bilməz. Kişi üçün də evi onun istirahət edib dinlənəcəyi, qayğı gözlədiyi ən ümdə ünvanıdır. Əgər kişi öz evindən üz döndərib, başqa limanlara üz tutub, başqa qucaqda qayğı tapırsa, o yerdə qadının səhvi böyükdür. Ona görə də, qadın evində həm qayğıkeş ana, həm səliqə- sahmanlı qulluqçu, ən əsası isə yeri gəldikdə ərinin gözəl bir məşuqəsi olmalıdır. Bəli həyatda, cəmiyyətdə, öz işində yetərincə ciddi görünən qadın yataqda öz əri qarşısında, nazlı, ehtiraslı, oyunbaz, kişinin “əmirlərinə” qarşı itaətkar olmaq ən ümdə borcudur.

xeyanet

Yataq münasibəti ailəni uzunömürlü edən ən incə körpüdür.

Bütün bunlar olmadıqda, kişinin könlü başqa yuvalara meyl edər, başqa yuvalarda kök salar. Çünki kişinin ruhu o monotoluqdan uzaqdır. Kişinin ruhu əngin səmalar qədər yüksəkdir, azaddır.

Məhdudiyyətsə o ruhu məhdudlaşdıran paslı qandal! Ailə dəyərləri nə qədər yüksək olursa olsun, kişi ruhundan yüksəkdə uçmağı bacarmır. Gəlin, qəddar ovçuya dönüb o ruhu öldürməyək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir