CANTA

2022-ci ilin çanta dəbi – FOTOLAR

Baxış sayı: 567

Dünya daim dəyişir və biz bu dəyişikliyə ayaq uydurmağa məcburuq. Bakıda havalar isti keçsə də, tezliklə bütün şəhərin qış geyiminə keçəcəyi uzaqda deyil. Payızın gəlişi ilə sarı xəzan və ədviyyat çalarları gündəmə gəlir. Digər mövsümlərdə qəhvəyi və şokolad çalarlarını sevməsək də, soyuq mövsümdə hamımız bu rənglərə üstünlük verməyə başlayırıq. Xüsusən də bu, özünü çanta seçimimizdə göstərir. Məsələn, qəhyəvi çanta bütün obraza payız əhval-ruhiyyəsi qata bilər.

 İsti şokolad kölgəsində olan aksesuarlar da bir o qədər aktual sayılır. Təbii kölgə sayəsində onlar geyimə dərinlik və təbiilik əlavə edirlər. Belə bir çanta almaq bu mövsüm çox asan məsələdir: həm kütləvi bazar, həm də lüks brendlər payız-qış kolleksiyalarında şokolad və qəhvəyi çanta modellərini təqdim edirlər. Çoxçeşidli forma və müxtəlif ölçülər arasında zövqünüzü oxşayan birini seçmək çətin olmayacaq.
CANTA 5
CANTA 4
CANTA 3
CANTA 2
Canta 1



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir