ULVIYYE EFENDIYEVA

Duyğularımız haqda maraqlı məqamlar – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 578

Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır.

İnsanın sahib olduğu ən önəmli güc düşünə bilməsidir. Ən əhəmiyyətlisi isə düşündüklərini tətbiq edə bilməsidir. Beyninin qavrama, düşünmə və hissetmə gücünə sahib insan 3 əsas gücü istifadə edərək həyatını idarə edir. Duyğularımızı hərəkətə keçirən enerjilərdir. Bizi doğru və ya yanlış istiqamətdə hərəkətə keçirən enerjidir. Düşünmədən duyğularla hərəkətə keçdiyimiz zaman yalnış qərarlar veririk. Pis və ya yaxşı,mənfi və ya müsbət duyğular yoxdur. Bütün duyğuların müsbət istiqamətdə istifadə edilməsi və yaşanması lazımdır. Duyğular enerji olduğu üçün yox edilə bilməz, duyğuları idarə etməyi bacarmaq lazımdır. Duyğuları sıxıb saxlamaq və bir anda partlaması bizə və qarşımızdakına zərər verir.

Xoşbəxtlik , sevinc yaxşı hiss etdirdiyi üçün müsbət, qorxu, narahatlıq, hirs, qısqanclıq, utanc pis hiss etdirdiyi üçün isə mənfi olaraq adlandırırıq.

  • Müsbət düşüncələr xoşbəxtlik,mənfi düşüncələr isə kədər gətirir.
  • Hirs,qısqanclıq və nifrətlə dolu olduqda – qapıları bağla,sakit-səssiz otur. Hirsinə icazə ver. İcazə ver gözlərinin önündə qaçsın. Nifrətə icazə ver gözlərinin önündən film kimi keçsin. Sən izləyici ol. Təəccüblənəcəksən.. O duyğu hər zaman səndə qalmaz. Gec ya da tez keçər. Sadəcə bir neçə dəqiqə zaman alır və bitdikdə artıq keçmişdə qalmış olur. Özündən heç bir iz buraxmayacaq. Duyğular gəlib keçicidir. Daimi hissedilməz.

Duyğularımız:

➢Kədər

➢Hirs

➢Heyranlıq duymaq

➢Qorxu

➢Sevgi

Heyranlıq duymaq – bacarıqlı birini gördükdə bizə ilham verən, bizə yüksəkləri hədəfləməyə yardımcı olan, ola biləcəyimizin ən yaxşısı olmaq üçün motivasiya yaradan hissdir. Ancaq heyranlıq duyğusu basdırılarsa bu hiss qısqanclığa çevrilər. Qısqanclıq duyğusu insana çox zərər verər. Bu vəziyyətdə duyğu sizi idarə edər. Qısqanclıq duyğusunu idarə etmək üçün: qarşınızdakı ilə dost olmağa çalışaraq,onu örnək alaraq, onun uğurunun sirlərini ondan öyrənərək,onun istifadə etdiyi texnikalardan istifadə edərək özünüzü inkişaf etdirə bilərsiniz. Duyğu sizi deyil,siz duyğunu idarə edin.

Mən yaşlıyam,yorğunam, çox işim var, zamanım yoxdur şəklində zehnimizi kodladıqda şüuraltı çarəsizlik düşüncəsinə kodlanır. Bizi idarə edən mənfi düşüncə və duyğuların fərqinə varıb onun yerinə müsbətləri qoymalıyıq.

  • Öncəliklə mənfi düşüncələrin zehnimizi işğal etməsinə əngəl olmalıyıq. Bunun üçün mənfi düşüncələrə daldığımız zaman, o duyğuları hiss etdiyimiz zaman fərqinə varmalıyıq.
  • Zehninizi hüzur,cəsarət,sağlamlıq və ümid düşüncələri ilə doldurun. Çünki həyat düşüncələrimizdən yaranır. Başqalarına qarşı yaxşı olsaq,özümüzə də qarşı yaxşı olarıq.
  • Hirs, əsəb – həyatda qalmağımız üçün ən ibtidai, təbii duyğudur.
  • Məsələn: uşaq istəmədiyimiz bir davranış sərgilədikdə çox hirslənərik. Bu səhvi ona başa salmaq əvəzinə hirslənirik. Hirs duyğumuzu tənzimləyə bilmirik, hirsin bizi idarə etməsi ilə uşağa qışqırırıq. Hirsin mənfi enerjisini qışqıraraq uşağa ötürdük. Bu davranışı davamlı etdikdə isə qışqırma vərdişi yaradırıq və uşağın bizə qarşı kin, əsəb hiss etməsinə səbəb oluruq. Zamanla uşaq evə gəlmək istəməz və ya daha pis vərdişlərə yönəldər. Evdən,məktəbdən qaçar və s.
  • Qışqırmadan öncə özünüzə düşünmə zamanı verin, duyğu enerjisini düşüncə gücü ilə tənzimləyin. Uşağa hirslənmənin səbəbi onun şəxsinə deyil davranışına olduğunu izah edin. Hirs enerjisini düşüncə gücü ilə idarə edərək,faydalı bir işə çevirmiş olursunuz.

 

Necə edək?

  • Duyğularımızı ifadə etməliyik
  • Hiss etməyi dayandıra bilmərik
  • Hissetmək başlanğıcdır
  • Duyğuların uyğun şəkildə ifadə edilməsi mütləqdir.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir