MDB ölkələrində sekual baxımdan aktiv olan qadınların sayı hesablanıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verib ki, reytinq cədvəli “Demographic and Health Surveys” (DHS) metodikası ilə hesablanlıb və son 4 həftə ərzində heç olmasa 1 dəfə sekslə məşğul olduğunu etiraf edən qadınların cavabları əsasında müəyyənləşdirilib.
Bu sorğunun nəticələri və həmin ölkələrdə qadınların reproduktiv sağlamlığı ilə bağlı rəsmi tibb məlumatları əsasında Azərbaycan12 postsovet respublikası arasında 8-ci yeri tutub. Məlumata görə, Azərbaycan qadınlarının 53,4 faizi seksual aktivliyə malikdir.
Siyahıya 64,7 faizlə Özbəkistan başçılıq edir. Rusiya qadınları seksual aktivliyinə görə 2-ci (62,1 faiz), ukraynalılar 3-cü (62 faiz), qazaxlar 4-cü (61,1 faiz), moldovalılar 5-ci (57,7 faiz), qırğızlar 6-cı (57,2 faiz), tükmən qadınları isə 7-ci (55,9 faiz) ən seksual aktiv qadınlardır.
Erməni qadınları arasında seksual aktivlik 51,6 faiz, gürcü qadınlarında isə 47,7 faizdir.
Postsovet ölkələrinin qadınları arasında ən az seksual aktivlik göstəricisi Tackikistandadır (44,7 faiz).