kino

Kino aləminin ən yaddaqalan hadisələri

Baxış sayı: 635

Kinematoqrafiya  bəlkə də dünyanın ən maraqlı və eyni zamanda ən sirli sahəsidir. Bu yazıda kino aləminin ən yaddaqalan hadisələri haqqında  topladığımız maraqlı məlumatları  təqdim edirik.

 

Ən çox qonorar alan aktyor

Məşhur Hollivud ulduzu olan Kianu Rivz yüksək qonorar alan aktyorların sırasındadır. Rivz 1999-cu ildə amerikalı Vaçovski qardaşları tərəfindən çəkilən  “Matritsa” filmində baş rolda oynamışdır. Filmin əsas süjet xətti insanların şüurunu özlərinə tabe edən  robotlara qarşı mübarizə təşkil edir. Hər kəs tərəfindən sevilən  film  63 milyonluq büdcəsindən 7 qat artıq gəlir toplayır və böyük uğura imza atdığına görə filmin daha iki hissəsi çəkilir.  2003-cü ildə qısa fasilələrlə bir-birinin ardınca ekranlara  çıxan “Matritsa: Yenidən Yüklənmə” və “Matritsa: İnqilab”ında Neo obrazını yenidən canlandırmaq üçün Keanu Rivzə 30 milyon dollar qonorar təklif edlir . Lakin  filmin nümayişindən gələn faizlər yüksək olduğuna görə,aktyorun ümumi qonorarı 166 milyon dollar təşkil edir.

hindistan

Ən çox kino istehsal edən ölkə

Maraqlı faktlardan biri də odur ki, il ərzində istehsal olunan filmlərin sayına görə, rekordları qıran ölkə Hindistandır. Hindistan kino istehsalına görə dünya lideri hesab olunur. O, Yaponiya, Fransa, hətta ABŞ arxada qoyaraq ilk pillədə yer alır. 90-cı illərdə hind kinematoqrafçıları tərəfindən ildə 900-dən çox film çəkilib. Son illər ərzində bu göstəricilər bir qədər düşsə də( il ərzində 700 filmə yaxın), Hindistan kinematoqrafiyası yenə də liderliyini qoruyub saxlamaqdadır. Qeyd etmək lazımdır ki, burada yaşayan kasıb əhalinin əksəriyyəti televizor ala bilmədiyinə görə, filmləri kinoteatrlarda ucuz qiymətə ala bildikləri biletlərin sayəsində  izləyə bilirlər.

 

Dünyada ən çox vəsait toplayan film

Dünyada ən çox vəsait toplayan filmlərdən biri “Titanik”dir. Bir faciə əsasında çəkilən bu ekran əsəri təxminən 2.400.000 milyon dollar vəsait toplamışdır. Heç bir film bu rekordu yeniləyə bilmədi. “Titanik” filminin rejissoru James Kameron tərəfindən çəkilən “Avatar” filmi də insanlar tərəfindən böyük izdihamla qarşılandı.

 

Ən çox reklam olunan film

Kinematoqrafiya tarixində ən çox reklam olunan film Stiven Spilberqin “Yura dövrünün parkı”dır. “Universal” kino şirkəti filmin reklamı üçün 68 milyon dollar vəsait sərf edib. Bu da filmin büdcəsindən 8 milyon dollar artıq idi.

 

Ən çox şərh olunan  uydurma personajı

Kinematoqrafiya tarixində ən çox şərh olunan  uydurma personaj – Qraf Drakuladır. Bu vampir haqda indiyədək 72 film çəkilib. İkinci yerdə londonlu xəfiyyə Şerlok Holmsdur. Onun haqqında  66 film çəkilib. Tarzan obrazı  isə  3-cü pillədədir. Bu personaj haqqında 60 film lentə alınıb.

cizgi filmi

Dünyanın ən çox qonorar alan personaji

Skrudj Mkdak və ya Skrudj əmi məşhur “Ördək nağılları” cizgi filminin əsas personajlarından biridir. Skrudj Amerika animasiyası və komiksində  sahibkarların əsl üzlərini göstərən uydurma bir personajdır. Xəsisliyin bir simvoluna çevrilən bu personaj qəribə və bəzən məzəli hərəkətlərinə görə uşaqlar tərəfindən çox sevilmişdi. Bu personajı yaradan insanlar etdikləri işə görə 65.4 milyard dollar almışdılar.

 

Kinematoqrafın ən yaşlı aktrisası kimdir?

Janna Luiza Kalman filmlərdə çəkilən ən yaşlı aktrisa hesab olunur.”Vinsent və mən” adlı Kanada filmində çəkiləndə aktrisanın 114 yaşı var idi . Bu roldan sonra aktrisa daha 8 il yaşayır.

 

Ən çox “Oskar” mükafatına layiq görülən filmlər

Kinematoqrafiya tarixində ən çox “Oskar” mükafatına layiq görülən filmlər “Titanik” və “Üzüklər hökmdarı: Kralın dönüşü”dür. Bu filmlərin hər birisi 11 “Oskar” mükafatı almışdı. Lakin  Amerika cizgi filminin banisi olan  Uolt Disney hamını geridə qoyaraq, ən çox,  yəni 26 dəfə “Oskar” mükafatına layiq görülmüş şəxs kimi kino tarixinə düşüb.

brus li

Kinematoqrafın ən cəld aktyoru

Bütün dünyada tanınan aktyor və idmançı Brüs Li o qədər cəld olub ki, rejissorlar tamaşaçıların onun zərbələrini görə bilmələri üçün texniki vasitələrlə kadrları asta sürətlə vermək məcburiyyətində qalıblar.

 

1300 cəhddən sonra çəkilən film

Məşhur Çin aktyoru olan Ceki Çanın baş rolda oynadığı “Gənc usta”filmində onun yelpənəklə çəkilən döyüş səhnələri insanlar tərəfindən xüsusi maraqla qarşılanıb. Deyilənlərə görə, həmin səhnə 1300 cəhddən sonra çəkilmişdir.

 

Tamaşaçını ən çox həyəcanlandıran ekran əsəri

Kino mütəxəssislərinin fikrincə, “dünyada ən həyəcanlandırıcı film” Alfred Hiçkokun “Psixoz” filmidir. Onun ardınca Stiven Spilberqin “Çənələr” və Conatan Demminin “Quzuların susması” filmi gəlir. Qeyd edək ki, sonuncu 5 dəfə “Oskar”a layiq görülən yeganə trillerdir.

 

Samirə Tağıyeva

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir