xestelik

Payızda immuniteti gücləndirən 5 qayda

Baxış sayı: 535

İmmunoloq Andrey Prodeus hesab edir kipayızda xəstələnməmək üçün beş qaydaya əməl etmək vacibdir.

Həkimin sözlərinə görə ən birinci yuxu rejiminə diqqət etməliyik. Çünki yuxu soyuq mövsümdə immuniteti gücləndirməyin əsas yollarından biridir.

“Bədənin aktiv bərpası saat 23:00-dan 3:00-a qədər baş verir” – immunoloq “Zen” platformasındakı bloqunda bildirib. Həkim daha sonra rasional qidalanmağı tövsiyə edib: – payız menyusunda çoxlu dəmir və D vitamini olmalıdır.

“Adi stress də xəstəliklərə səbəb olur. Həm fiziki, həm də psixoloji amillərin orqanizmə mənfi təsirlərini minimuma endirmək lazımdır” – deyən Prodeus qripə qarşı peyvəndi də xatırladıb: “Çünki peyvənddən sonra orqanizm tez bir zamanda xəstəliyin törədicisini bloklayır”.

Sonda immunoloq mənzilin havalandırılmasının vacibliyini qeyd edib və xatırladıb ki, soyuq hava soyuqdəymə və qripin yayılmasına təsir etmir: “İnsanlar soyuqdəyməsi olan və qripə yoluxanların yaydığı infeksiya nəticəsində xəstələnirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir