burun

Burun çəpəri əyriliyinin yaratdığı narahatlıqlar

Baxış sayı: 280

Burun çəpərinin əyriliyi ilə əlaqədar olaraq bəzən orqanizmdə müəyyən narahatlıqlar hiss olunur. Həmin halla üzləşənlər dərhal əməliyyat olunmağa qərar verirlər.

Bununla əlaqədar həkim-otolorinqoloq Nigar Muradova aşağıdakıları dedi: “Burun çəpəri əyriliyinə Qafqazda yaşayan xalqların nümayəndələri arasında daha çox rast gəlinir. Burun çəpəri əyriliyi ciddi şikayətlərə səbəb olursa, məsələn, gecələr xoruldama, ağzı açıq yatmaq, aknoye, yəni yuxuda tənəffüsün dayanması kimi problemlər yaradırsa, bundan başqa xəstə özünü davamlı olaraq yorğun, əzgin hiss edirsə, artıq bu, həyat keyfiyyətinin ciddi şəkildə pozulması deməkdir. Belə hallarda həmin problemin aradan qaldırılması məsləhət görülür. Lakin hər burun çəpəri əyriliyi də əməliyyat tələb etmir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir