aile

Psixoloq: “Seksual tələbat, sidiyə çıxma istəyi də…”

Baxış sayı: 533

Alimlərin fikrincə, aclıq və əsəbilik arasında böyük bir əlaqə var. Bunu aparılan yeni bri araşdırma sübut edib. Tədqiqat iştirakçılarının ac olduqları zaman qəzəbli və aqressiv olduqları müşahidə edilib.

Qeyd edək ki, aclıq vəziyyətində hirslənmək bütün dünyada insanlar tərəfindən qəbul edilən bir prosesdir. Avropada 64 nəfərin iştirakı ilə 21 gün davam edən araşdırmada iştirakçılar mobil proqram vasitəsilə gündə 5 dəfə hisslərini və aclıq hisslərini qeydə alıblar. Qeydləri araşdıran elm adamları aclığın yüksək səviyyədə qəzəb və əsəbiliyə səbəb ola biləcəyini aşkar ediblər. Eyni zamanda bu vəziyyət insanın cinsinə, yaşına, bədən kütlə indeksinə və pəhrizinə görə çox da dəyişməyib. Mütəxəssislərin fikrincə, ac olan zaman aqresiya və əsəb 50 faiz artır.

Tədqiqat iştirakçılarının təqdim etdiyi 9142 məlumata görə, aclıq qəzəbin 48 faiz artmasına və əsəbiliyin 56 faiz artmasına səbəb olur. Eyni zamanda bir insanın həyat həzzini 44 faiz azaldır.

Mütəxəssislərin fikrincə, təkcə aclıq deyil, bəzi tələbatlar insanda əsəb,a qresiya, qəzəb və s. hisslər yarada bilir.

Psixoloq Rəvanə Quliyeva bildirir ki, seksual tələbat, sidiyə çıxma istəyi də aclıq kimi insan orqanizminə, daha doğrusu insan psixikasına təsir edir.

“İnsan orqanizmi bir bütündür və bu bütünün müəyyən ehtiyacları, tələbatları var. Bu təlabatlar ödənilmədiyi təqdirdə isə, insanda qıcıq yaranır. Məsələn, kiminsə dediyi söz, kiçik bir qayda pozuntusu və ya istəyinin həyata keçməməsi bu təlabatlar baxımından ac olan insanlarda daha böyük aqresiya ilə müşahidə edilir. Qışqırmaq, dava etmək, bəlkə də sakitliklə həll edilə biləcək söhbətləri bitirmək, münaisbətlərə ani dəyişiklik etmək bu hisslərdən yarana bilər.

Sevgililər uzun müddət görüşmədiyi zaman aqresiya, qəzəb yaranır. Bu seksual və mənəvi ehtiyacın ödənilməməsinin nəticəsidir. Və yaxud yolda qəfil gələn sidik ehtiyacının ödənilməsi insanda aqresiya yarada bilir. Aclıq da belə hissidr. Ac olan zaman enerji azalır və beyinə enerji çatışmazlığı siqnalı ötürülür. Beyin oyanır və insanı narahat etməyə başlayır ki, bu tələbatı ödəsin. Fikir vermisinizmi, insan qidalandıqdan sonra daha sakit olur. Yəni qısacasə orqanimzinin təlabtı ödənilməyən insanlar aqressiv və əsəbi olurlar”-deyə psxioloq bildirir.

Bəzən insnaların aqresiv davranışlarına baxıb, psixoloji probleminin olduğunu düşümə bilirik. Amma araşdırmalar sübut edir ki, bu psixoloji problem yox, tələbatın ödənilməməsi ilə əlaqədar olan bir haldır.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir