Payız–qış mövsümündə qarderobunuzu kökündən dəyişdirməyi planlaşdırmasanız belə, uzun şarflar alış–veriş siyahısının birinci bəndinə yazılmağa layiq “namizəddir”.
Belə nəhəng şərflər illərlə istifadə edə biləcəyimiz bir aksesuardır. Bu yenilik heç kəsi təəccübləndirməsə də, soyuq iqlimlərdə işləyən bütün stilistlər yekdilliklə etiraf edirlər ki, çox böyük və həcmli şarflar sərt mövsüm üçün düşünülmüş ən gözəl dekordur.
Dəbli görünmək üçün şərfi necə bağlamaq olar? İstədiyiniz kimi! Siz sadəcə bu qoruyucunu boynunuza salırsınız və ya sərbəst şəkildə boynunuza dolayırsınız. Nəticədə siz həm də yaraşıqlı və dəbli görünəcəksiniz.