iple-tullanmaq-mesqleri

İplə tullanın – Sağlam qalın!

Baxış sayı: 1. 687

Kalori yandırılmasına gəldikdə isə, burada iplə tullanmaq velosiped, tennis və üzgüçülükdən də üstündür. Orta çəkili insan (70 kq) bir saat iplə məşq elədiyi zaman 720 kkal (120-140 dəfə 1 dəqiqəyə) itirmiş olur.

İplə 10 dəqiqə məşq sizin ürək-damar sisteminizə göstərəcək effekti velosipedlə 6 dəqiqəyə 3 km fəth etməyə, 12 dəqiqə üzməyə, 2 km qaçmağa bərabərdir.

İplə məşq sadə olmaqla, hər kəsə, hər yerdə münasibdir. Fiziki hazırlığı artırmaq üçün sərhədsiz məşqdir. Boksla məşğul olanlar daim məhz iplə məşq edirlər.

İpin seçilməsi

İpi seçərkən onun uzunluğunu ölçün: başlıqlarınızı əlinizə alın və sinəniz səviyyəsində əllərinizi tutun, ipin ortası yerə dəyməlidir. Yalnız bu halda sizin ipiniz boyunuza uyğun ölçüdə olacaq və məşqlər effekt verəcək. İpin diametri 0,8 və ya 0,9 sm olmalıdır.

İplə tullanmağı necə öyrənmək olar

İplə tullanarkən ilişmək və dolaşmaq məsələləri olmasın deyə ilk öncə düzgün, eyni tempdə tullanmağı öyrənmək lazımdır. Sonra ipi eyni təmpdə işlətməklə düzgün məşqi yerinə yetirmək. Dəqiqədə 75-80 dəfə 25 sm amplituda ilə yerinizdə tullanın. Çalışın barmaqlarınız üstünə düşəsiniz və baş barmağnızla özünüzü yerdən itələyəsiniz. Sonra eyni temtdə bir əlinizdə ipi fırlatmağa çalışın. Templər eyniləşdiyi zaman artıq iplə məşqə başlaya bilərsiniz. Unutmayın ki, ipi yalnız biləkləriniz ilə fırlatmalısınız.

Hansı sistem ilə məşq etmək lazımdır

Artan intervallı məşqlərdən başlayın: 30 saniyə məşq edirsiniz, 30 saniyə istirahət, bir dəqiqə məşq – bir dəqiqə istirahət və s. Sonra özünüz üçün daimi sistem yaradın və məşq edin.

İplə məşqlərin növləri

İplə məşqlər müxtəlif ola bilərlər. Ən sadəsi – iki ayaqla. Həmçinin növbə ilə hər bir ayağa da düşmək olar. Bir ayaq ilə tullanmaq olar. İpi yalnız qabağa yox, arxayada fırlatmaq olar.

Daha hazırlıqlı olanlar ikili məşqlər edirlər. Daha hündürə tullanaraq, ipi iki dəfə firladırlar. Bu sizdə alınsa ipi kəsişmə şəklində də aparmaq olar. Bu hərəkət arıqlamaq istəyənlər üçün olduqca effektlidir. Beləki, bu zaman bütün əzələlər işləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir