1f1baa5b166765845018912194510165573

Xarici görünüşü ilə hər kəsi təəccübləndirən qadınlar

Baxış sayı: 398

Hər bir qadın özünəməxsus gözəlliyi var. Lakin bəzi qadınlar var ki, digərlərindən çox fərqlənir. Elə qadınlar da var ki, xarici görünüşünü öz istəyi ilə dəyişir. Bəzilərinin isə müxtəlif xəstəliklər nəticəsində görünüşlərində müəyyən dəyişikliklər baş verir. Hətta öz fərqliliyini nümayiş etdirərək, məşhurlaşan qadınlar var. Bu yazıda məhz bu cür məşhurlaşan qeyri-adi qadınlarlar haqqında danışacağıq.

 

Siam əkizləri

Ebiqeyl və Brittani Hensel bacıları siam əkizləridir. Bacıların bir bədəni, iki əli, iki ayağı var, yalnız başları ayrıdır. Özü də bu qızların hər biri yalnız öz tərəfini idarə edə bilir. Heç nəyə baxmayaraq bu qızlar özlərini idarə etməyi öyrəniblər. İndi onlar adi insanlar kimi yaşayır, avtomobil idarə edir, voleybol oynayır, hətta pianino çalırlar. Çox maraqlıdır ki, bu qızlar universiteti bitirərək hər biri öz diplomunu alıblar. Hazırda Ebiqeyl və Brittani məktəblərindən birində müəllimlik edirlər. Qocaq bacılar sosial şəbəkədə də aktivdirlər. Öz şəkillərini “ Instagram” səhifələrində paylaşan qızlar izləyicilərinin rəğbətini qazanıbılar.

Dünyanın ən hündür qadını

2021-ci ildə türkiyəli Rumeysa Gelgi “ Ginnesin Rekordlar Kitabı”na daxil olub. Rumeysanın boyu 215,16 sm-dir. O, hazırda dünyanın ən uzun qadını kimi tanınmaqdadır. Rumeysanın sözlərinə görə hər bir qüsurun belə müsbət tərəflərini tapmaq mümkündür. İnsan özünü olduğu kimi qəbul etməli və həyatda ən yaxşı bacardığı iş ilə məşğul olmalıdır. Bu ilin avqust ayında 25 yaşlı Rumeysa arzusunu reallaşdıraraq təyyarəyə minib. İstanbul Hava Limanına gələn qız digər sərnişinlərin foto çəkdirmək istəyini də rədd etməyib. Uzun illər ərzində xəstəlikdən əziyyət çəkən xanım həyatında ilk dəfə təyyarəyə minərək ABŞ-a yola düşüb. Onun San Fransiskoya ilk uçuşu 13 saat çəkib. Əlavə edək ki, Rumeysa nəinki 2021-ci ildə, hətta 2014-ci ildə 18 yaşı olarkən “ dünyanın ən uzunboylu yeniyetmə qızı “kimi “ Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdur.

 

Planetin ən balaca qadın

Cioti Amqe “ dünyanın ən balaca qadını” kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Planetin ən kiçik boylu qadını Yoti Hindistanda yaşayır. Onun boyu 62.8 sm, çəkisi isə təxminən 5.2 kq-dır. Çox maraqlıdır ki, 29 yaşlı qızın kompleksi yoxdur. Boyunun balaca olmasına baxmayaraq Cioti adi insanlar kimi yaşamağa çalışır, boş vaxtlarında özünə paltar tikir, bəzək əşyaları düzəldir, gələcəkdə aktrisa və ya model olmağı arzulayır. O, həvəslə çəkilişlərə gedərək kameralar qarşısında özünü xoşbəxt hiss edir.

 

 

Dünyanın ən ağırçəkili qadınları

2008-ci ildə dünyanın ən ağırçəkili qadını olan 29 yaşlı amerikalı Rene Vilyams dünyasını dəyişib. O, 500 kiloqramlıq çəkisi ilə “Ginnesin Rekordlar Kitabı“na düşmüşdü. Arıqlamaq üçün istəyi ilə mədəsini kiçiltmək üçün xəstəxanaya müraciət etmişdi. Təəssüf ki, qadın oradan sağ çıxa bilməmişdi.
12 yaşından etibarən inanılmaz bir sürətlə çəkisi artmağa başlayan qadın 15 yaşında evlənmiş və bir uşaq dünyaya gətirmişdi. 15 yaşında olanda onun çəkisi artıq 214 kiloqrama çatmışdı. Bu isə yaşıdı olan sağlam qadınlardan 6 dəfə artıq çəkiyə malik olmaq demək idi. Həkimlərin riskli olduğunu xəbərdar etməsinə baxmayaraq, bıçaq altına yatan 29 yaşlı qadının əməliyyatı 5 saat davam edib. Ancaq uğurlu keçən əməliyyatdan 12 gün sonra 2 uşaq anası olan Vilyams ürək çatışmazlığından dünyasını dəyişib.

Hazırda 347 kiloqram çəkisi olan Çariti Pirs dünyanın ən ağırçəkili qadınıdır. Özünün bədən quruluşuna və demək olar ki, hərəkətsiz həyat tərzinə baxmayaraq, onun sevdiyi insan var.

Ən uzun saçlı

Floridadan olan 60 yaşlı Aşa Mndela 2009-cu ildə dünyanın ən uzun saçının sahibi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. O, zaman xanımın saçlarının uzunluğu altı metr olub.

Bu yaxınlarda qadın yenidən diqqəti öz üzərinə çəkməyi bacarıb. Reklordunu yeniləyən Aşanın sözlərinə görə, indi onun saçının uzunluğu 33 metrdir.

Saçlarını həftədə bir dəfə tam şəkildə yumaq üçün Aşa altı şüşə şampun sərf edir. Bu saçları yumaq və qurutmaq üçün 50 saat lazımdır. Bütün bu çətinliklərə baxmayaraq Aşa saçını kəsməkdən imtina edir.

Barbi gəlinciyinin bənzəri

Gənc bolqarıstanlı tələbə Andrea İvanova Barbi gəlinciyinə bənzəmək üçün üz və bədəninin ayrı-ayrı hissələrində 15-dən çox prosedur həyata keçirib. Andreanın sözlərinə görə, o, uşaqlıqda Barbi kuklası kimi görünmək arzusunda olub.

Onun dəyişimi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri Andreanı “Daffi Dak” animasiya personajına bənzədib. “Bu eybəcərləri yaradan həkimlər həbs olunmalıdır”, “Sən əvvəl elə gözəl qız idin. İndi şişirdilmiş gəlinciyinə bənzəyirsən”, – kimi rəylər sosial mediada yer alıb.

Andrea isə seçimindən razıdır və hesab edir ki, insanlar istədikləri kimi görünə bilər.

Ukraynalı Valeriya Lukyanova da “Barbi” gəlinciyinə bənzəmək üçün xarici görünüşünü özü dəyişib. Onu “canlı Barbi gəlinciyi” də adlandırırlar.

 

Dodağında ən iri diski daşıyan qadın

Efiopiyalı Ataye Eliqidaqne aşağı dodağında diskəbənzər “bəzək” əşyası daşıyır. Bu diskin diametri 60 sm-dir. Çox maraqlıdır ki, bu qəbilənin bütün qızları toydan bir il əvvəl bu əşyanı dodaqlarında daşıyırlar. Amma Atayenin diski digərlərindən çox böyükdür. O, hətta buna görə, “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdur.

 

Anime qız

Sinqapurlu bir qadın yapon cizgi filmlərindəki anime qızlarının görünüşünü o qədər çox sevirdi ki, bunun üçün 10 əməliyyat keçirdi. Jacquelin Koh bu əməliyyatlara təxminən 135 min dollar xərcləyib. O, daha kiçik çənə, balaca qulaqlar, böyük gözlərə və incə bədənə sahib olmaq üçün dərinin çəkilməsi ilə bərabər, döş implantları, göz qapaqları əməliyyatı, bir neçə burun əməliyyatı etdirib. Hal-hazırda botoks və digər dolğular vasitəsi ilə görünüşünü davamlı olaraq formada saxlayan Jacquelin “ Anime qız” kimi dünyada tanınmaqdadır.

Ən iri süni sinənin sahibəsi

Mayra Hills planetin ən iri süni sinəsinin sahibəsidir. Onun sinəsinin diametri 149 sm-dir. Sinəsinin formasından narazı qalan qadın bunun üçün bir neçə dəfə əməliyyat keçirib. Sinəsinin 15 kq olmağına baxmayaraq Mayra bütün çətinliklərə dözür. Onun sözlərinə görə o, özünü ideal qadın hesab edərək, özü ilə fəxr edir.

 

Ən çox döyməsi olan qadın

Culiya Qnusenin 30 yaşı olanda porfiriya xəstəliyinə yoluxub. Bu xəstəlik zamanı günəş şüası altında dəridə suluqlar əmələ gəlir. Suluqlardan sonra isə qızın bədənində çoxsaylı çapıqlar meydana gəlib. Culiya komplekslərindən azad olmaq və çapıqları gizlətmək üçün tatudan istifadə edib. Hazırda onun dərisinin 95 faizi döymə ilə örtülüdür. O, hətta buna görə “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdu.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir