qehve

Hər kəsin cibinə uyğun olmayan əşyalar – FOTOLAR

Baxış sayı: 524

İnsanların çoxunu bahalı geyimlər, avtomobillər, daşınmaz əmlaklar maraqlandırır. Lakin bəzi əşyalara qoyulan qiymələr bir çoxların cibinə uyğun olmaya bilər.  Bu əşyaları təqdim edirik.

 

Bir vazanın inanılmaz qiyməti

Bu yaxınlarda Fransada 2 min avro dəyərində olan adi Çin vazası hərraca çıxarılsa da, onun yekun qiyməti 7,7 milyon avroya çatıb.

Paris yaxınlığındakı Fontenblo şəhərindəki “Osenat” auksionunda Sin sülaləsi üslubunda hazırlanmış çini güldan uğrunda mübarizəyə əsasən Çindən olan 30 alıcı qoşulub. Onlar əşyanın 18-ci əsrdə yaradıldığına əmin olduqlarını bildiriblər.

Hərrac evinin mütəxəssisi isə güldanın əntiq əşya olmadığını və XX əsrə aid olduğunu qeyd edib.

Buna baxmayaraq, güldan olduqca baha qiymətə adı açıqlanmayan çinli tərəfindən alınıb.

 

Ən bahalı oyuncaq

Mexanik oyuncaq “L’oiseleur” dünyanın ən bahalı oyuncağıdır. Onun qiyməti   6,25 milyon dollardır. Dəyərli oyuncaq  İsveçrənin Kristian Bayne tərəfindən, 2340 ədəd cilalanmış poladdan yığılıb. Usta, onu yaratmaq üçün 15 min saat sərf etmişdir.

Ağırlığı 55 kq, uzunluğu isə 120 sm olan elit mexanika oyuncağı, ipək, atlaz və məxmərdən tikilmiş geyimdədir, üzü, ayaqları və əlləri isə farfordan hazırlanmışdır. Mexanik oyuncaq fleytada çala bilir.

Bir sərvət dəyərində olan xalça

Dünyanın ən bahalı xalçası XVII əsrə məxsus İran xalçasıdır. 2013-cü ildə o, Nyu-Yorkdakı “Sotheby’s” hərracında $33,7 milyona satılıb

Qeyd edək ki, həmin xalça XX əsrin əvvəllərində Vaşinqtonun “Corcoran Gallery of Art” muzeyinə maqnat Uilyam Klark tərəfindən bağışlanıb.

 

Avtomobilin göz qamaşdıran qiyməti

Bu ilin ən bahalı avtomobili  “Rolls Royce Boa25t Tail” dır. Bu avtomobildən cəmi üç ədəd istehsal edilib. “Rolls Royce Boat Tail 570” at gücünə və 6,75 litrlik iki turbo V12 mühərrikə malikdir. Bu fantastik dizaynlı avtomobilin qiyməti də göz qamaşdırır. Nə az, nə azacıq, “Rolls Royce Boat Tail”ə sahib olmaq istəyənlər 28 milyon dollarından keçməli olacaqlar.

Ən dəyərli rəsm əsəri

1997-ci ildə həyatını itirən mücərrəd ekspressionist Willem də Kooning’in “Interchange” tablosu tarixin ən bahalı rəsmi mövqeyindədir.  Bu rəsm “Art Institute of Chicago” muzeyində  sərgilənir. Onun qiyməti təxminən 300 milyon dollardır.

 

Bir kostyumun qiyməti 9 milyon dollar

Heç bilirdinizmi ki, dünyanın ən bahalı kostyumu –amerikalı kosmonavtların kostyumlarıdır. Onların dəyəri  təxminən 9 milyon dollardır. Bu kostyumlar, həmçinin dünyada ən bahalı geyim əşyası hesab olunurlar.

Xüsusi mağazalarda satılan siqaretlər

Dünyanın ən bahalı siqaretləri “Treasurer” markasına aiddir. Bu siqaretlərin  bir qutusunun  dəyəri təqribən 24 avroya bərabərdir. Onlar  yalnız xüsusi siqaret satışı üzrə ixtisaslaşmış dükanlarda satılır.

Bu nə qəhvədir belə?

Dünyanın ən bahalı qəhvəsi hesab olunan Luşak qəhvəsi  İndoneziyada hazırlanır. Mişk pişiyi qəhvə meyvələrini yedikdən sonra tumlarını mədəsində saxlayır. Daha sonra qıcqırmış qəhvə dənələrini ifrazat halında xaric edir. Bu qəhvənin illik ümumi istehsalı yalnız 380 kiloqramdır. Təbiətdə az tapılan bu qəhvə növünün 1 kiloqramı təxminən  580 dollara satılır.

153 milyon avroluq kitab

“The task”( tapşırıq) adlı kitab sadəcə 13 vərəqdən ibarətdir. Dünyanın ən bahalı kitabı sayılan bu əsərin müəllifi  Tomas Alexander Hartmandır. Müəllif  əsəri yazaraq çox maraqlı fundamental suallara  toxunub. Məsələn, müəllif  “ Biz kimik”, “ Haradan gəlmişik” və s . kimi sualları cavablandırmağa çalışıb. Kitab  ilk dəfə 2009-cu ildə Dubayda keçirilən sərgidə nümayiş etdirilib.  Lakin sonra müəllifin tələbi ilə bir daha sərgilənməyib. Qeyd edək ki, əsərin qiyməti nə az, nə çox 153 milyon avro ilə ölçülür.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir