bezek

Yeni ildə xanımlar niyə qara lent bağlayacaq?

Baxış sayı: 289

Fransız aktrisası Katrin Denyov 1964-cü ildə debüt etdiyi “Şerburqun çətirləri” filmindəki baş rolu sayəsində bu günə qədər aktual olan bir tendensiya yaratmağa nail olub.

Sözügedən ekran işində Jeneviyev Emeri rolunu oynayan Denyovun obrazı digər personajlardan tamamilə fərqlənirdi. Bəs onu fərqləndirən nə idi?

Bu sirr onun saçlarında idi. Hündür at quyruğu saç yığımı Emeri obrazının ayrılmaz hissəsi idi. Yeri gəlmişkən, süjetin inkişafı ilə əsas personajın saçındakı atlaz lent getdikcə tündləşir. Hər şey yumşaq çəhrayıdan başlayır və yalnız finalda nəhayət ki, aktrisanı qara aksesuarda görə bilirik. Bu romantik bəzək əşyası sonradan kulta çevrildi.

 Atlaz lentlər 2022-ci ilin də əsas aksessuar trendlərindən biridir. Qeyd edək ki, “Chanel” və “Giambattista Valli” markaları bu ilki kolleksiyalarında atlaz lentlərə də yer veriblər. Sonra isə bu aksessuarı Venesiya Film Festivalında bir çox ulduzun saçında gördük.

Kinodivanın moda dünyasına gətirdiyi sadə qara atlaz lentlər xüsusilə Yeni İl bayramı ərəfəsində gündəmə gəlir. Qara lent bayram axşamı sizə sadə, lakin zərif saç düzümü yaratmağa kömək edəcək.

1

2

3

4

5

6

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir