geyim

Payız-qış mövsümünün ən dəbli çalarları

Baxış sayı: 511

Qışın gəlişinə az qalıb. Təqvim qarşısıalınmaz şəkildə irəliləyir və termometrin rəqəmləri isə davamlı olaraq aşağı düşür. Odur ki, qarşıdan gələn mövsümün tendensiyaları ilə tanış olmağa dəyər.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən oxucuları payız-qış mövsümünün ən dəbli çalarları ilə tanış edir.

 

Çəhrayı

Versace осень-зима 2022/23

Chanel осень-зима 2022/23

Gözlənilməz olsa da, siyahını çarhayı ilə açıq elan edirik. Çəhrayı bəlkə də qış üçün ən uğurlu rəng deyil. Ancaq soyuq mövsümdə qarderobu canlandırmaq istəyirsinizsə, bu rəngin müxtəlif çalarlarına diqqət yetirin. Həm də əhval-ruhiyyənizi qaldırmağa kömək edəcək. Odur ki, çəhrayı rəngdə nə görsəniz, dərhal alın. Ən azı yaya qədər təxirə salmayın, çəhrayı sviter, papaq və digər geyimlər qış aylarında da aktual olacaq.

Alqırmızı

Blumarine осень-зима 2022/23

Qışınızı parıltılı edən başqa bir zəngin rəng qırmızıdır. Kərpic tonlarından alqırmızıya qədər istənilən çalarlar aktualdır. Qırımızı ümumi görünüşü bahalı göstərən rənglər arasında gəlir, odur ki, bir neçə qırmızı rəngi birləşdirməkdən və ya başdan ayağa qırmızıya bürünməkdən qorxmayın.

Sarı

Coperni осень-зима 2022/23

Givenchy осень-зима 2022/23

Şən çalarların qırmızı ilə bitdiyini düşünməyin. Qarşıdan gələn qışın başqa bir hiti sarıdır. Sarı rəng şaxtalı qış gecələrində həyatınıza günəşi gətirəcək.

Şokolad

Hermès осень-зима 2022/23

Bottega Veneta осень-зима 2022/23

Bu qış qəhvəyinin bütün tonları moda aləminin gündəmində olacaq. Qara rəngin ən yaxşı alternativi tünd şokoladın dərin tonlarıdır. Müxtəlif rənglərlə ahəngi asan olmasa da, obraz daha isti olacaq. Xüsusilə yumşaq kaşmir və dəri kimi materiallarda qəhvəyi daha effektli təsir yaradır.

Xaki

Alexander McQueen осень-зима 2022/23

Prada осень-зима 2022/23

Xaki adı ilə tanınan zeytun yaşılı bu qış hamıya lazım olacaq. Parka modellərinin xaki rəngləri qışın sərt soyuğundan qorunmaq üçün ən əlverişli seçimlər arasında gəlir. Bununla belə, bu rəngli zərif dəri gödəkçələr dəbdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir