PALTAR

Qışda nələr dəbdə olacaq?

Baxış sayı: 517

“TikTok” sosial platformasında məşhur olan bloqerlərdən biri qışın ən dəbli paltarlarını açıqlayıb.

“Level blue” ləqəbli bloqer yun paltoları qış üçün ən dəbli geyim hesab etdiyini deyib.

Bununla bağlı videonu o, şəxsi “TikTok” səhifəsində paylaşıb. Belə ki, 132 mindən çox abunəsi olan bloqer yun palto almağın vacibliyindən danışıb:

“Belə paltolar insanları ucuz sintetik materiallı geyimlərdən daha çox isidir. Həmçinin, paltolar daha eleqant görünməyinizə şərait yaradır”, – deyə o bildirib.

Bundan əlavə, bloqer kaşmir corablarla geyilə bilən hündür çəkmələrə üstünlük verməyi məsləhət görüb. O, həmçinin qış qarderobunuzda jiletlərin, pencəklərin və qalın jaketlərin olmasını tövsiyə edib. “TikToker” bunların həm sizi dəbli göstərəcəyini, o cümlədən isti saxlayacağını da xüsusilə vurğulayıb. Amma təbii ki, onları düzgün kombin etməkdə fayda var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir