2021-08-07_101445

Dünyanın ən bəstəboy insanları: Puldan istifadə etmirlər

Baxış sayı: 505

Atlantik Okeanı yaxınlığında Mərkəzi və Qərbi Afrikanın meşəlik ərazilərində, dünyanın ən qısa boylu insanları olaraq tanınan piqmeylər yaşayırlar. Öz qədim adət və ənənələri, həmçinin öz həyat tərzinə güclü şəkildə bağlı olan bir xalqdır.

Min illər keçməsinə baxmayaraq, onlar ov mədəniyyətini qorumağa çalışır, ibtidai həyat tərzlərindən əl çəkmək istəmirlər.

Piqmeylər

Avropalılar boyu təxminən 120 sm olan və ümumiyyətlə, 150 sm-i aşmayan yerli əhaliyə yunan dilində “cırtdan” mənasını verən “pigmi” adını veriblər. Bu gün dünyada təxminən 120.000 piqmeyin yaşadığı düşünülür. Piqmeylərin çoxu Kamerunun Atlantik Okeanı yaxınlığındakı meşəlik ərazilərində yaşayırlar. Ruanda, Burundi, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Zambiya, Qabon və Anqolada da kiçik piqmey qrupları mövcuddur.

Piqmeylər meşələri ağac istehsalı və mədənçilik məqsədilə istifadə edirlər, Milli parklara çevrilmiş meşələrdə yaşamalarına icazə verilmədiyi üçün yaşayış yerləri getdikcə daralır. Kamerun hökuməti piqmeylərin integrasiyasına, yerli əhali ilə qaynayıb-qarışmasına nə qədər çalışsa da, bu səylər hələ də heç bir nəticə vermir.

Əcnəbilərlə ünsiyyət qurmağı və şəkillərini çəkmələrini sevməyən piqmeylər Afrika qitəsinin məskunlaşmış xalqlarından fərqli bir həyat tərzi keçirirlər. Hələ də qədim insanlar kimi yaşayan piqmeylər vaxtlarının çoxunu meşələrin dərinliyində ov etməklə, meyvə və otlar toplamaqla keçirirlər.

Piqmeylər

Piqmeylər heç bir pul növündən istifadə etmirlər. Ehtiyacları olduqda ovladıqları və topladıqları məhsullar vasitəsilə digər icmalarla ticarət aparırlar.

Yabanı meyvə ağacları piqmeylər üçün əsas qida mənbəyidir. Safou adlanan yabanı gavalı, yabanı mango və fındıq kimi meyvələr onların gündəlik qida mənbələrinin sırasındadır.

Kamerunun qərbindəki Kribi şəhərindən təxminən 70 kilometr aralıda, Bikuiti-Nule şəhərciyində yaşayan Pigme Amoura ailəsinin ən yaşlı üzvü Aboumyem Amouradan açıqlama alınan zaman o bildirib ki, “mən bu meşədə doğulmuşam və burada ölmək istəyirəm. Bu meşə bizə lazım olan hər şeyi verir”.

 

Leyla Mirzə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir