goz

Gözləri ifadəli göstərən makiyaj dəbi

Baxış sayı: 569

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstərə bilərlər.

2023-cü ilin yeni makiyaj texnikası gözləri vizual olaraq böyütdüyü, onlara cazibədar, “tülkü” forması verdiyi üçün qızlar arasında indidən populyarlıq qazanıb. Bunun üçün sizə sadəcə layner və yumşaq göz qələmi lazım olacaq.

Əziz qadınlar, adətən göz makiyajında qələmi gözün orta və kənar hissəsinə çəkirik, gözün içini isə ağ qələmlə və ya açıq göz kölgələri ilə vurğulayırıq. Halbuki qara və rəngli bir qələmlə haşiyəyə alınmış gözlər onu vizual olaraq uzadır və baxışlarınız daha ifadəli olur. Makiyaj texnikası son dərəcə sadədir. Bunun üçün çox nazik uclu bir fırça və ya yaxşı itilənmiş göz qələmi ilə gözün hər tərəfinə diqqətlə xətt çəkin. Onu daha da uzatmaq üçün konturdan kənara çıxmağa qorxmayın. Məşhur model Bella Hadidlə aktrisa Cennifer Lourens belə makiyajı çox sevir.

Dumanlı göz makiyajı da mövsümün ən aktual tendensiyalarından biridir. Odur ki, duman effekti almaq üçün qələmi göz kölgələrinin köməyi ilə gözün ortasından kənar küncünə qədər çəkin. Daha təsiredici bir nəticə almaq üçün bir neçə kölgə elementi verə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir