makiyaj

Bu qışın DƏBİ: “Üşümüş qız” makiyajı

Baxış sayı: 573

“Tiktok” video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni “Cold girl” (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız bu makiyaj formasını edərək “Tiktok”da trendə qoşulub. Tək sosial şəbəkələrdə deyil, artıq gündəlik həyatda da bu “make up” növündən istifadə edilir.

Bəs, bu makiyajı necə edə bilərik?

Əvvəlcə dərinizin tonuna uyğun və ya ondan bir qədər açıq tonal kremlə başlayın. Konsiler ilə kiçik qüsurlarınızı aradan qaldırmağa çalışın. Qışda soyuğa görə üzümüz parıldamır. Ona görə də üzünüzü şəffaf pudra ilə sabitləməyə çalışın və mat bir görüntü əldə edin.

 

'Cold Girl' (Üşümüş kız) trendi yükselişte - 3

Soyuqda dərinizin necə qızardığını düşünün. Üzünüzü o tonlarda etməyə səy göstərin. Yanaqlarınıza və burun ucuna mümkün qədər çəhrayı allıq çəkin. Bu sizin soyuğa görə burnunuzun qızardığı hissini yaradacaq.

Daha sonra dərinizə bir az parıldıcı sürtün. İnci və ya krem tonlarında parıldayan teni göz qapaqlarınıza çəkin, xüsusən də göz yaylarını aydınladın.

'Cold Girl' (Üşümüş kız) trendi yükselişte - 4

İstəyirsinizsə, nazik göz layneri çəkə və ya birbaşa tuşa keçə bilərsiniz.

Dodaqlarınıza yanaqlarınızda istifadə etdiyinizə bənzər çəhrayı pomada çəkin. Bu makiyaj trendində pudra allıq istifadə etməklə daha tutqun və mat görünüş əldə edəcəksiniz.

Budur “Cold girl” makiyajınız hazırdır!

'Cold Girl' (Üşümüş kız) trendi yükselişte - 6

'Cold Girl' (Üşümüş kız) trendi yükselişte - 2

'Cold Girl' (Üşümüş kız) trendi yükselişte - 5

'Cold Girl' (Üşümüş kız) trendi yükselişte - 7




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir