sevgi

“Sevirsinizsə, heç zaman onun səhv etməyəcəyini düşünürsünüz”

Baxış sayı: 656

Sevmək, aşiq olmaq insanın yaşayaya biləcəyi ən gözəl duyğudur. Ondan başqa heç kimi, hətta heç bir şeyi düşünməmək kimi əlamətlərlə öünü göstərsə də, bu işarələr gizli də ola bilər.

Aşiq olmusunuzmu? Bəzən insan aşiq olduğunun fərqində olmur. Bu gün sizə aşiq olmağın bir neçə əlamətindən danışacağıq.

Psixoloq Mark Heksterə görə, aşiq olan zaman insan gözünü sevdiyindən çəkə bilmir, özünü onun gözlərində itmiş hiss edir. Hekster deyir ki, “dünyanızda ən gözəl, ən cazibəli olduğunu düşündüyünüz birinin gözlərinə niyə baxmaq istəməyəsiniz ki?”

Məsələ ondadır ki, sevdiyiniz birinin gözlərinə baxdığınız zaman gözlərinə xarici görkəmi deyil, onunla keçirə biləcəyiniz bütün bir gələcəyi görə bilər və yaxud xəyal edə bilərsiniz. Əgər bir ananın yeni doğulmuş körpəsinə və ya övladına necə baxdığını görmüsünüzsə, sevgilinizə baxmağın mənasını anlaya bilərsiniz. Bütün işlərinizdən, fəaliyyətlərinizdən sevdiyiniz şəxsə görə, imtina edə bilərsiniz.

Qadın-kişi münasibətləri üzrə psixoloq Mason Roantri, vəziyyəti belə açıqlayır: “Biri ilə zaman keçirməyi sevirsinizsə, beyninizdəki mükafat sistemi bu formada “daha çox” zaman keçirməyi istəməyinizi təmin edəcək. Və beləcə onu yanınızda istəməyə başlayacaqsınız”…

Ona yaxın olmağın yollarını düşünməyə başalaya bilərsiniz. Bəzi şeyləri o sevdiyi üçün sevməyə başlayarsınız. Çünki beləcə özünüzü ona yaxın hiss etmiş ola bilərsiniz. Sevdiyiniz şəxsin mənfi davranışlarına fikir verməzsiniz.

Heksterin fikrincə, sevdiyiniz şəxs nə edirsə etsin, nə qədər dağınıq olursa olsun, özünə baxmasa da, bu sizin üçün heç nəyi dəyişdirmir. Əslində, siz bunun fərqində olmaya da bilərsiniz.

sevgi

“Eşq son dərəcə güclü ola bilər və bu sizi hər şeydən qopara bilər”…

Körpələrinə aşiq valideynləri düşünün. Nə qədər çirkli olsalar da, yatmağa mane olsalar da bu sevgini aradan qaldırmaz.

“Sevdiyiniz insanla birlikdə olduğunuz vaxt sürətlə keçər. Onunla birlikdə olduğunuz zaman həyatı axışına buraxarsınız və saatın necə keçdiyindən xəbəriniz olmaz” – deyir Psixoloq Dariq Kuss.

Sevgi

“Sevirsinizsə, heç zaman onun səhv etməyəcəyini düşünürsünüz”…

Hekster deyir ki, biriniə aşiq olduğunuz zaman onun kim olduğu, özünü sizə necə təqdim etdiyi və s. sizin üçün önəmli olmur. Beyniniz, onu sizin istədiyiniz kimi qəbul edir.

“Aşiq olduğunuz zaman, sadəcə gözəlliyin rəqibsiz bir versiyasını görürsünüz. Bütün hisslərinizi onun üzərində toplayırsınız. Özünüzü alışmadığınız qədər yaxşı hiss edərsiniz”…

Mason Roantri hesab edir ki, insan aşiq olduğu zaman həyatda hər şey gözünə gözəl görünür. Heç bir səbəb olmadığı halda özünüzü enerjili hiss edərsiniz. “Bu, partnyorunuzu düşündüyünüz zaman və ya onunla birlikdə olduğunuz zaman etdiyiniz şeyləri xatırlayarkən yaşadığınız dopamin ifrazının nəticəsidir” – deyir Hekster.

Ona toxunub, öpmək istəyərsiniz. Bu sizə adi görünə bilər. Amma ona toxunub, öpmək istəməyinizin səbəbi başqadır. Aşiq olduğunuz şəxsə toxunduğunuz zaman, eşq hormonu – oksitosin ifraz edilir. Kussun fikrincə, bu, xoşbəxt olmağınıza səbəb olmaqla yanaşı, aranızdakı bağı gücləndirir.

Heksterin fikrincə, “aşiq olmaq duyğularımızı başqa birinə təslim etmək deməkdir”. Hekster, bu təslimiyyət halında bir növ o şəxslə birləşdiyimizi və zehnimizi tamamilə onunla məşğul etdiyimizi deyir. Belə ki, bu məşğuliyyət onların düşüncələrimizi hakimiyyət altına aldığı yerə qədər gedib çatır. Yenə də bunun səbəbi, seks zamanı beyində yaranan oksitosin hormonudur.

Hekster, birinə aşiq olduğunuz zaman özünüzü normaldan daha fədakar hiss edə bilərsiniz deyir. Fədakarlığın daha dərin və uzunmüddətli bir sevginin işarəsi ola biləcəyini deyən Hekster bu sevginin daha dərin formasına işarə olduğunu qeyd edir. Xoşbəxtliyi təkcə özün üçün istəməsən, partnyorunun da eyni formada səninlə xoşbəxt olmasını istəyərsən.

sevgi

Eşqmi, sevgimi?

Sevginin tərifi haqqında bir çox alimlər bir-birindən fərqli düşüncələr irəli sürüblər;

Erix Fromm, “Sevmə sənəti” kitabında sevmə anlayışını dərindən araşdırmış və sevgini bu günə qədər ən yaxşı təhlil etmiş mütəfəkkirdir. Fromm, araşdırmaları zamanı müəyyən edib ki, insanların əsas məqsədi sevmək deyil, sevilməkdir. Belə ki, insanlar öz sevgi duyğularındansa başqa insanların yaşadıqları, sahib olduqları duyğulara görə, hərəkət edir və aşiq olurlar.

Fromm, sevgini bir sənət kimi görür. Onun fikrincə, hər bir sənətdə olduğu kimi sevməkdə də ustalaşmaq lazımdır. Yəni, müəkkəməl sevmək üçün əmək vermək lazımdır.

Erix Fromm hesab edir ki, paxıllıq, qısqanclıq, hirs və hər növ aclıq – bunların hamısı ehtirasdır. Sevmə isə məcburiyyət olmadan, sadəcə azad olduğunuz zaman yaşanabilən, insan gücündən qaynaqlanan bir prosesdir.

“Sevmə sənəti” kitabında Erix Fromm yazır ki, “Bezməmək, sevginin tək şərtidir”. Yəni, insan sevdiyindən bezmir.

Sevmək; bir hərəkətdir, passiv bir duyğu deyil. Bir şeyin “daxilində olmaqdır”, bir şeyə tutulmaq deyil.

Sevginin quruluşu; sevgini almaq deyil, verməkdir.

Sevmək; özünü qarşılıqsız olaraq həsr etmək, sevgimizin sevilən şəxsdə sevgi yaradacağı ümidini daşımaqdır.

Sevgi, bir inanc hərəkətidir. İnancı az olanın, sevgisi də azdır.

Sevgi, bəlli elementlərlə ortaya çıxır. Bunlar qayğı, məsuliyyət, hörmət, empati qurmağı bacarmaqdır.

Sevgidə qayğı dedikdə, ananın övladına qayğısını da görə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir