goz dermani

Göz infeksiyalarının yaratdığı konyunktivitlər

Baxış sayı: 568

Son vaxtlar göz infeksiyaları ilə əlaqədar şikayətlərin sayı artıb. Odenavirus konyunktiviti adlanan bu infeksiyaya çox asanlıqla yoluxmaq olur. Əsasən mövsümlə əlaqədar yaranır. Gözlərdə qızarma, yanma, qaşınma, iltihablanma və s. əlamətlərlə müşahidə olunu

Həkim-oftalmoloq Nigar Həsənova məsələylə bağlı aşağıdakıları dedi: “Xəstəlik göz qızarması ilə, gözdən ifrazat, gözdə ağrı və qıyılma, bəzi hallarda qanlı ifrazatla başlayır. Lakin səbəblər müxtəlifdir. Ona görə də mütləq şəkildə allergik konyunktivit, virus konyunktivit və bakterial konyunktiviti ayırmaq lazımdır. İndiki mövsümdə qriplə əlaqədar ən çox rast gəlinən virus konyunktivitidir. Əvvəl bir gözdə başlayır, qısa müddətdən sonra o biri gözə də keçir. Özü ilə bərabər qrip xəstəliyi də gətirə bilər. Qulaqönü və çənəaltı limfa düyünlərində şişkinləşmə və ağrı əlamətləri ola bilər”.

Gözlərdə yaranan xoşagəlməz narahatlıqlar immunitetdən asılı olaraq 2-3 həftəyə sağalır. Həkim-oftalmoloq kəskin yoluxucu olduğu üçün infeksiyanın qarşısını almaq üçün mütləq gigiyenik tədbirlər görülməli olduğunu bildirib: “Müayinədən sonra müəyyən dərmanlar təyin olunmalıdır. Eyni yastıq və eyni dəsmaldan istifadə etməmək lazımdır. Konyunktivitlərin ağırlaşmaları ola bilər. Gözdə qızartı baş veribsə, bir həftə on gün sonra işığa baxa bilməmək, gözlərdən güclü yaşaxma və yaxud bulanıq görmə varsa, mütləq həkimə müraciət etmək lazımdır”.

Konyunktivitə yoluxan zaman daha çox maye və vitamin C qəbul etmək lazımdır. Həkim nəzarəti olmadan aptekdən özbaşına alınan göz dərmanlarından istifadə yolverilməzdir. Reseptsiz alınan həmin dərmanlar gələcəkdə qlaukoma və katarakta kimi xəstəliklərə, hətta görmə-sinir sisteminin zədələnməsinə aparıb çıxara bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir