ariqlamaq

Əlli yaşdan sonra hansı qidalar arıqlamağa kömək edir?

Baxış sayı: 473

Dietoloqlar  Melisa Mitri və Marisa  Meşulam gavalını 50 yaşdan yuxarı insanlar üçün vacib məhsul adlandırıblar. Onların düşüncələrinə görə, 50  yaşdan sonra arıqlamaq üçün mütləq gavalı və arpa yemək lazımdır.  Dietoloqlar gavalı yeməyin sümüklərə müsbət təsir   edə biləcəyini vurğulayıblar. Mütəxəssislərin fikrincə, dörd gavalıda 400 kalori var və  bu qurudulmuş meyvəni həm desertlərə, həm də əsas yeməklərə əlavə etmək olar. Daha dəqiq desək, dietoloqlar  arıqlamaq üçün 12 əsas qida sadalayıblar.

Siyahıda birinci yerdə kahı və ispanaq kimi  göyərtilər var ki, bu qidalar az kalorili və toxluq hissini yaradan  liflərə  zəngindirlər. Daha  sonra  əzələ kütləsini saxlamaq və maddələr mübadiləsini artırmaq üçün kifayət qədər yağsız protein rasionunuza əlavə etmək  çox vacibdir .  Balıq isə bunun ən yaxşı mənbələrindən biridir.  Avokado lif, sağlam yağlar, vitaminlər və minerallara görə siyahıda növbəti yerdədir.  Onlar, həmçinin  rasiona  xolesterol səviyyəsini aşağı salmağa kömək edən və   lif ehtiva etdiyi üçün tez həll olunan  arpanı,  şirniyyat kimi isə  tünd şokoladlı truffleyə üstünlük verməyi təklif ediblər. Meşulam qeyd edib ki,  onlarda şəkər azdır, buna görə də pəhrizinizə zərər vermədən  bu şirniyyatdan biraz  yeyə bilərsiniz. Siyahıya yumurta,  qatıq, giləmeyvə, paxlalılar və su da daxil edilib.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir