Dırnaq yemə adətən 3-4 yaşından əvvəl başlamır. (Çox nadir hallarda 5 aylıq müşahidə oluna bilər). Uşaqların 33%-də dırnaq yemə davranışı müşahidə edilir. Bu erkən yeniyetməlik dövrünə qədər davam edir. Yeniyetməlik dövründə dırnaqlarını dişləyən uşaqların sayı 40-45%-ə qədər artır. Başqa sözlə, yeniyetməlik dövrünə doğru uşaqların demək olar ki, yarısı dırnaq yemə davranışı nümayiş etdirir. Buna səbəb kimi gənclərin ətrafdan dəstəklənməməsi qeyd olunur. Bundan əlavə, dırnaq yeyən uşaq ailələrinin əksəriyyətinin dırnaq yeyildiyi aşkarlanır. Dırnaq yeməyin təqlid olduğu və böyükləri təqlid etməklə öyrənildiyi iddia edilir. Yeniyetməlik çağında rəğbət qazananların çoxu bu davranışı tərk edir.
Dırnaq yemə bəzən ayaq barmaqlarını dişləmək kimi də görülür. Ayaq barmaqlarının dırnağı yemək və dişləmə demək olar ki, yalnız qızlarda olur.
Psixi gərginlik, sıxıntı və ya aqressiya hisslərinin ifadə olunmadığı hallarda bu, uşağın özünə aqressiya göstərdiyi görülür. Narahat uşaqlarda tez-tez olur. Dırnaq yeməyə narahat uşaqlarda və dişlər çıxmağa başlayanda daha çox rast gəlinir. 7-8 yaş və daha çox yaşlarda müşahidə oluna bilən dırnaq yemələri xüsusilə uşaqların heç bir işlə məşğul olmadıqları zaman müşahidə olunur. Bu vəziyyətə tez-tez yuxu pozğunluğu və narahatlığı olan uşaqlarda rast gəlinir. Bu yolla uşaq daxili narahatlığını basdırmağa çalışır.
Dırnaq yemə vərdişinin səbəbləri nələrdir?
Bu davranışın altında yatan səbəblər əsasən barmaq əmmədə olduğu kimi psixoloji problemlərdir.
Vərdişlər daha çox bastırılmış emosiyaların olduğu vəziyyətlərlə bağlıdır
Dırnaq yeməkgüvənsizlik əlaməti hesab olunur. Əsas səbəblər ailədə həddindən artıq təzyiqli və avtoritar tərbiyənin həyata keçirilməsi, övladın daim tənqid olunması, qısqanclıq, kifayət qədər diqqət və sevginin olmaması, gərginlikdir.
Valideynlərin həyatı da mühüm amildir. Valideynlər arasında ünsiyyət problemləri, valideynlərin həddən artıq narahat olması və uşağı həddindən artıq qorumaq, valideynlərin uşaqlar arasında ayrı-seçkilik etməsi uşaqların bir-biri ilə münasibətlərində və emosional problemlər yarada bilir.
Valideynlərə tövsiyələr
3-4 yaşa qədər bu davranış valideynlər tərəfindən diqqətdən kənarda qalmalıdır. Bu davranış sonradan da davam edərsə;
Uşağın gərginliyinin səbəbləri hərtərəfli araşdırılmalıdır.
Uşağı danlamaq, qorxutmaq, cəzalandırmaq kimi məcburedici üsullardan istifadə etmək uşağı narahat edir. Hətta daha ciddi emosional problemlərə səbəb ola bilər.
Uşaqları qorxu və narahatlıq yaradacaq situasiyalardan uzaq tutmaq lazımdır.
Uşaqların diqqəti yayındırmaq olar. Bir şeyə baxarkən və ya dinləyərkən onu çeynəyəcək bir şeylə məşğul saxlamaq dırnaq yeməyin əvəzi ola bilər.
Uşaq bu davranışından imtina etməyə məcbur edilməməlidir.
Psixoloq Zümrüd Haqverdiyeva