deist

Dində “deizm” nədir? – Tarixi və mahiyyəti

Baxış sayı: 797

Son illərdə daha çox populyarlaşan deizm dini bir inanc deyil, fəlsəfi bir baxışdır. Yüz illər əvvəl ortaya çıxan bu görüş öz daxilində bəzi formalara bölünmüş və tanrı anlayışı ilə bağlı bir çox fərqli baxışlar ortaya çıxmışdır. Son illər dünyada deistlərin sayı artmaqdadır. İnsanlar monoteist dinlər əvəzinə deist görüşünü qəbul edir və dini olmayan bir tanrı fenomeninin olduğunu düşünməyə başlayırlar. Bu vəziyyətin müxtəlif səbəbləri var.

Deizmin bir inanc olduğunu düşünənlər çox olsa da, əslində deizm yalnız fəlsəfi bir baxışdır və hətta sorğu-suallara açıq olduğu üçün alt formaları da yaranmışdır.

Deizm -“dinsiz, peyğəmbərsiz tanrı var, insan bu tanrını öz ağlı ilə tapacaq”- deyə 16-cı əsrin birinci yarısında ortaya çıxan fəlsəfi baxışdır. Deistlər dinləri və peyğəmbərləri aradan götürdükləri üçün Allaha çatmaq üçün təbiətə və məntiqə arxalanırlar.

Əsas deist düşüncəsinə görə, Allah bu dünyanı və insanları yaratmış, lakin sonradan müdaxilə etməmişdir. Deistlər bir yaradana inanırlar. Onlar müsəlman, xristian və ya yəhudi deyillər. Deizmə görə Allah dünyanı yaratdıqdan sonra nə din, nə də peyğəmbər göndərməyib. O dünyanı və insanları yaradarkən bütün qaydaları qoyur və həyat bu qaydalara uyğun davam edir. Qadağalar yoxdur, amma hər şey qarşılıqsız deyil, çünki deistlər ümumiyyətlə, axirətə inanmırlar və buna görə də savab və günah inancı yoxdur. Çünki deizmə görə, Allah dünyanı və insanları yaradarkən artıq qaydalar qoyub və ağlımızı bu qaydaları anlamaq üçün yaradıb. Deistlər təbiəti müşahidə etməklə və ağıllarından istifadə etməklə dolanırlar.

Deizmin əsas baxışına görə axirət yoxdur, yəni yaxşı insanların öldüyü zaman getdiyi cənnət və ya pis insanların olacağı cəhənnəm mövcud deyil. Lakin deizmdə fərqli baxışlar axirət və ya reinkarnasiya olduğunu düşünür. Bu anlayışlar ruhun ölməzliyi üzərində qurulmuş düşüncə olduğundan ümumi baxış onlara qarşı çıxır.

Deistlər din anlayışını rədd etdikləri üçün, ümumiyyətlə, müqəddəs kitablara, peyğəmbərlərə, saleh əməllərə, günahlara, cinlərə, şeytanlara, mələklərə, ibadətlərə, dualara, cənnət və cəhənnəmə inanmırlar. Dua Allahdan həyata müdaxilə etməsini istəməkdir. Deizm isə Allahın heç vaxt müdaxilə etmədiyini iddia etdiyi üçün dua etmir.

Deizm çox müxtəlif formaların mövcud olduğu geniş bir fəlsəfi baxışdır. Buna görə də bütün deistlərin hər mövzuda eyni fikirdə olduğunu söyləmək mümkün deyil.

 

Deizmin tarixi

Deizm adı ilə olmasa da, ilk dəfə 1564-cü ildə Pierre Viret tərəfindən yazılmış “Instruction Chrétienne en la doctrine de la foi et de l’Evangile” əsərində ortaya çıxıb. Deizm sözü ilə eyni fikir ilk dəfə 17-ci əsrdə İngiltərədə meydana gəlib. İntibah və digər maarifçilik hərəkatları deizmin yaranmasına və populyarlaşmasına böyük təsir göstərdi. Çünki kilsə orta əsrlər Avropasında dominant güc idi və hətta elmi faktları rədd edə bilirdi. İnsanlar maarifçilik hərəkatları ilə təbiəti anlamağa başlayanda kilsənin yalanları üzə çıxdı. Beləliklə, din anlayışı rədd edildi və deizm dinin təbii anlayışı kimi qəbul edildi. İngiltərədə alovlanan “deizm ideyası” tez bir zamanda Almaniya, Fransa və İtaliya kimi digər Avropa ölkələrinə yayıldı və özünə kifayət qədər dəstək tapdı.

18-ci əsrdə Amerikanın yeni qitəsinə gedən deizm fəlsəfəsi ölkələri gəzdikcə, daha da inkişaf etdi və özünə alt formalar yaratmaq üçün geniş bir baxışa çevrildi.

 

Deist olan tarixi məşhurlardan bəzilərini təqdim edirik:

Nil Armstronq, Tomas Cefferson, Bencamin Franklin, Ceyms Medison, Corc Vaşinqtin, Abraham Linkoln, Dmitri Mendeleyev, Mixail Lomonosov, Leonardo da Vinçi, Mark Tven, Napoleon, Albert Eynşteyn və s.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir