zumrud haqverdiyeva

Mənfi düşüncələri necə uzaqlaşdırmalı? – “SEANS VAXTI”

Baxış sayı: 491

Həyatınızda baş verən hansısa hadisə və vəziyyətlə bağlı narahatlıqlarınız sizin enerjinizi aşağı çəkməklə yanaşı, həyat keyfiyyətinizi aşağı salır. Narahatlıq,  qayğılar artıqca bu sizin önünüzdə yaranan qara bulud kimidir. Gələcək də psi şeylərin olması ilə bağlı keçirdiyiniz qorxular, aşırı dərəcədə stress mənbəyidir.

İnsanlar çox şey üçün narahat olurlar. Ailə üçün, iş həyatı üçün, sağlamlıq üçün və.s  Xüsusən də baş verməsi faizi az olan şeylər üçün narahatlıq yaşanılır. Misal üçün: “Birdən yoldaşım məni aldatsa” “Ya xəstə olarsam” “Ya övladım içki vəya narkotik maddə aludəçisi olarsa” və.s kimi həyatı zindan edən fikirlər sizi kilidləyər, hətta o səviyyəyə gələr ki, normal yaşamaq halı çətinləşir. Bu stressə məruz qalmaqdansa, özünüzə bəzi suallar verə bilərdiniz: “Ən pis halda nə ola bilər? “ “Bunun öhdəsindən necə gələ bilərəm?” Bu sualları həqiqətən özünüzə verib, buna cavab axtarsanız, sizdə bu narahatlıq aradan qalxacaqdır.

Problemə narahatlıq yaşamaqdansa, həll yollarını axtarın.

Düşüncələrin elə bir qüvvəsi vardır ki, o sizi həm çox xoşbəxt edə bilər, yaxud çox bədbin edə biləcəkdir. Düşüncələriniz sizin inanclarınıza çevrilə, gerçəkləşə bilərlər.  Həyatınızı düşüncələrlə formalaşdırırsınız.  Belə bir ümumiləşdirmə vardır ki, “Bütün qadın vəya kişilər yalançıdırlar”. Bu qədər sabit fikrə sahib insanlar mütləq həmin insanları maqnit kimi özünə çəkəcəkdir. Bu mövzuda elə olacaq ki, hətta ətrafındakı insanlar ondan qurtulmaq üçün yalan demək məcburiyyətində qalacaqdır. Buna nə səbəb oldu? Təbii ki, düşüncələr.

Neqativ düşüncələrinizin yerinə, pozitiv düşüncələri qoyun. Kiçik addımlarla başlayın. Davranışlarınız dəyişdikcə düşüncə, düşüncələriniz dəyişdikcə  davranış dəyişir.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir