Bəstə boy olmaq bir çox cəhətdən avantaj sayılır. Amma boyu uzun görünsün deyə, bəzi qadınların diqqət etməli olduğu məqamlar var. Əgər siz də daha uzun görünmək istəyirsinizsə, bunları edin.
Xanımlar birinci növbədə onları bəstə boy göstərən paltarları geyinməməlidir.
Məsələn, qısa boya sahib dünya ulduzlarının ən çox istifadə etdiyi aksesuar kəmərdir. Bir az böyük görünən ayaqqabıları geyinsəniz, tam olar. Düşük bel şalvarları, uzun əlbisələri geyinməsəniz, yaxşı olar. Bundan başqa, mini əlbisə və ya ətək geyinəndə ucu sivri ayaqqabı və ya dikdabandan istifadə edin.
Uzun belli şalvar geyinəndə çalışın ki, balağı kəsik olsun. Onunla qara bir bot kombinləsəniz, görünüşünüz tamamilə dəyişər.
Unutmayın, zövqlü geyinmək üçün çox da bahalı geyimlərə üz tutmaq lazım deyil. Nəyisə yaraşdırıb geyinmək və zövq baxımından seçimi düzgün etmək sizi dəbli göstərəcək.