vaginal qasinma

Uşaqlıq yolundakı qaşınmanı necə aradan qaldırmalı?

Baxış sayı: 742

Demək olar ki, qadınların əksəriyyəti həyatlarının müəyyən dövrlərində uşaqlıq yolunda xoşagəlməz qaşınmadan əziyyət çəkir. Bəzi hallarda zəif qaşınma öz-özünə itib gedir, amma, elə də olur ki, ya xəstəlik, ya da allergiya səbəbindən keçmir. Qaşınmanın konkret səbəbindən asılı olaraq çox vaxt ev şəraitində ondan qurtulmaq olur, amma, bəzən, həkimə müraciət etmək lazım gəlir.

1. Müvəqqəti tədbirlər

1.1 Soyuq kompres qoyun

 

Qaşınmanın səbəbindən asılı olmayaraq, onu soyuq kompresin köməyilə müvəqqəti yüngülləşdirmək olar, məsələn, nəm və yumşaq pambığı (moçalka) cinsiyyət dodaqlarının üstünə qoymaqla.

  • Üz üçün olan təmiz pambıq diski soyuq su şırnağının altında saxlayın. Sonra suyunu sıxdıqdan sonra onu cinsiyyət dodaqlarının üzərində 5-10 dəqiqə saxlayın.
  • Pambığı işlətdikdən sonra mütləq atmaq lazımdır. Növbəti kompres üçün təmiz pambıqdan istifadə edin.
  • Həmçinin, içində buz olan paketdən də istifadə etmək olar. Onu təmiz dəsmala bükün və 20 dəqiqədən artıq saxlamayın.

1.2 Qıcıqlandırıcılardan uzaq durun

Paltaryuyan poroşok, sabun və digər kimyəvi vasitələr selikli qişanı qıcıqlandırıb vaginada qaşınma verə bilər. Qeyri-aromatik vasitələrə keçin və yumşaldıcılardan istifadə etməyin ki, allergik reaksiya verməsin. Həmçinin, yumşaq yuyucu vasitələrdən istifadə etmək olar.

  • Məsələn, “Dove” sabununu yoxlayın.
  • Nəm salfetlərdən, tozlardan və vaginal nahiyəni qıcıqlandıran digər maddələrdən istifadə etməyin.

1.3 Nəmləndirici vasitələrdən istifadə edin

 

Aptekdən su əsaslı krem və ya məlhəm alıb uşaqlıq yolundakı qaşınmanı azaltmağa çalışın. Tətbiq qaydalarına əməl edin və yadda saxlayın ki, bu vasitələr qaşınmanın səbəbini aradan götürmür.

1.4 Gicişən yeri qaşımayın

 

Qaşımaq gicişməni artıra bilər. Həm də, bu, dərinin zədələyib infeksiyalaşdıra bilər, bu səbəbdən, heç bir vaxt gicişən yeri qaşımayın.

1.5 Qaşınmanın səbəbindən azad olun

 

Uşaqlıq yolu qaşınması bəlli olmayan səbəblərdən yaranıb, öz-özünə keçə bilər, lakin, əgər siz dözülməz və dayanmayan gicişmədən əziyyət çəkirsinizsə, onun ciddi səbəbləri ola bilər. Belə olduqda, səbəbləri aşkar edib onlardan can qurtarmağa çalışmaq lazımdır: məsələn, infeksion xəstəliyi müalicə etmək və ya allergenlə kontaktı kəsmək olar.

2. Göbələk infeksiyasının müalicəsi

2.1 Göbələk infeksiyasını (kandidoz) aşkar edin

 

Göbələk infeksiyasını (vaginal kandidoz) digər infeksiyalardan ayırmaq asan olmur, buna görə də, şübhə yaranarsa, həkimə müraciət edin. Göbələk infeksiyası çox vaxt uşaqlıq yolunda iltihab, göynəmə və ağrı, ağ iysiz pendirəbənzər ifrazat əlamətləri ilə özünü göstərir.

  • Fərqli görünüşlü vaginal ifrazat başqa infeksiyadan xəbər verə bilər.
  • Hamiləlik zamanı, antibiotik qəbul etdikdə, şəkərli diabet və ya zəifləmiş immunitetdə göbələk infeksiyasının inkişaf ehtimalı artır.
  • Əgər siz hamiləsinizsə və infeksiyadan şübhələnirsinizsə, mütləq həkimə müraciət edin. Başqa növ infeksiya dölə ziyan vura bilər.

2.2 Aptekdə satılan preparatlardan istifadə edin

 

Göbələk infeksiyasının müalicəsi üçün apteklərdə çoxlu krem və vaginal şamlar satılır. Bir qayda olaraq, bu cür vasitələr əksər göbələk infeksiyalarının öhdəsindən gəlməyə imkan verir.

  • Bu preparatların müxtəlif təsir müddətləri var. Təkrar göbələk infeksiyalarında təsir müddəti yeddi gün olanı seçmək lazımdır.
  • Güclü diskomfort olarsa, tərkibində qaşınma əleyhinə vasitə olan dərmandan istifadə edin.
  • Əksər preparatların tərkibində Klotrimazol, Mikonazol, Terkonazol kimi aktiv maddələr var. Bu maddələrin göbələk infeksiyalarına qarşı effektivliyi tədqiqatlarla sübut olunmuşdur.

2.3 Digər müalicə üsulları barədə düşünün

 

Əgər sizə standart dərmanlar təsir etmirsə, başqa vasitələrdən istifadə edə bilərsiniz.

  • Tərkibində bor turşusu olan şamlardan istifadə edin. Bu turşu maya göbələyini çox effektiv məhv edir. Bu şamları apteklərdən tapmaq olur. Lakin bor turşusunun poroşokundan heç bir vaxt istifadə etməyin, çünki, o, qıcıqlanmanı artıra bilər. Yadda saxlayın ki, bor turşusu zəhərdir və onun tətbiqi zamanı oral sekslə məşğul olmaq olmaz.
  • Çayağacı yağından istifadə edin. Göbələk infeksiyasından çay ağacı yağında isladılmış tamponun köməyilə qurtulmaq olar. Bu üsuldan ehtiyatla istifadə edin, hər hansı bir diskomfort yaranan kimi, tamponu çıxardın. Çünki, bu üsulun effektivliyi hələ sona qədər öyrənilməmişdir.
  • İnfeksiyanı probiotiklərlə müalicə edin. Tədqiqatlar göstərir ki, orqanizmdə xeyirli bakteriyaları artırmaqla göbələk infeksiyasından qurtulmaq olar. Bu məqsədlə tərkibində laktobakteriyalar olan tabletləri bilavasitə uşaqlıq yoluna qoymaq olar. Həmçinin tərkibində probiotik olan yoqurt da yemək olar. Lakin bu üsulun effektivliyi standart üsullara nisbətən azdır.

2.4 Hansı hallarda həkimə müraciət etmək lazım gəldiyini öyrənin

 

Əksər hallarda göbələk infeksiyasından ev şəraitində qurtulmaq olur, lakin, bəzən həkimə müraciət etmək lazım gəlir. Adətən həkimə əvvəllər göbələk infeksiyası olmadıqda müraciət etmək lazımdır, çünki, bu halda diaqnozda səhv etmə ehtimalı var. Həmçinin həkimə ev şəraitində müalicə effekt vermədikdə müraciət etmək lazımdır.

  • Əgər sizə reseptsiz satılan dərmanlar təsir etmirsə, həkim sistem preparatlar yaza bilər.
  • Göbələk infeksiyası adətən uşaqlıq yolundan ağ kəsmiyəbənzər ifrazatla müşayiət olunur. Əgər ifrazat boz, sarı və ya yaşılımtıl olarsa, həkimə müraciət edin, çünki bu göbələyin deyil, başqa xəstəliyin əlaməti ola bilər.
  • Xarici ölkələrdə göbələyi ev şəraitində təyin etməyə imkan verən xüsusi testlər var, əgər tapsanız, həkimə getməmək üçün ondan istifadə edə bilərsiniz. Lakin, əgər özbaşına müalicə effekt verməzsə, yenə də həkimə müraciət etmək lazımdır.

2.5 Çalışın gələcəkdə göbələk infeksiyasının təkrar əmələ gəlməsinin qarşısını alasınız

 

Ola bilsin, siz onun təkrarlanmasının qarşısını ala bilmədiniz, amma, bu ehtimalı azaltmağın müxtəlif üsulları var.

  • Xüsusi ehtiyac olmadan antibiotik qəbul etməyin. Antibiotiklər uşaqlıq yolunda bakterial balansı pozaraq, göbələyin inkişafına səbəb ola bilər. Onları yalnız ehtiyac olanda qəbul etmək lazımdır.
  • Pambıqdan hazırlanmış alt paltarları geyinin.
  • Həddən artıq dar corab və alt paltarlarından uzaq durun.
  • Çalışın uşaqlıq yolu nahiyəsi quru və sərin olsun. İslanmış paltarı tez dəyişin və isti vanna qəbul etməyin.
  • Əgər estrogen tərkibli kontraseptiv vasitə qəbul edirsinizsə və bu fonda sizdə göbələk infeksiyası inkişaf etmişsə, bu preparatı dəyişmək haqqında fikirləşin, çünki, estrogenin qanda yüksək səviyyəsi göbələk infeksiyasının inkişafına şərait yaradır.

3. Bakterial vaginozun müalicəsi

3.1 Əlamətlərə fikir verin

 

Bakterial vaginoz iltihab, göynəmə, duru ağımtıl-boz ifrazat və uşaqlıq yolundan xoşagəlməz balıq iyi kimi əlamətlərlə xarakterizə olunur. Xəstədə bu əlamətlərin ya hamısı, ya da bəzisi ola bilər, ya da heç biri olmaz.

  • Bakterial vaginozun dəqiq səbəbi həmişə bəlli olmur, bəzi qadınlarda ona daha çox meyllik olur. Əksər qadınlarda bakterial vaginoz heç olmasa ildə bir dəfə təkrarlanır. Ola bilsin bu təbii bakteriyaların azalması ilə əlaqədardır.

3.2 Həkimə müraciət edin

 

Göbələk infeksiyasından fərqli olaraq, bakterial vaginoz ev şəraitində müalicəyə çətin tabe olur. İnfeksiyadan can qurtarmaq üçün həkimə müraciət etmək lazımdır ki, müvafiq müalicə təyin etsin. Bu, həm Metronidazol və Tinidazaol tabletləri, həm də Klindamisin kremi ola bilər.

  • Bakterial vaginozun diaqnostikası üçün həkim ginekoloji baxış aparacaq və uşaqlıq yolundan floraya görə yaxma götürəcəkdir. Bundan başqa, həkim test zolağı ilə uşaqlıq yolunun pH-ını təyin edə bilər.
  • Hamiləlik fonunda bakterial vaginozun müalicəsi xüsusi əhəmiyyət daşıyır, beləki, bu zaman o ciddi fəsadlar verə bilər.

3.3 Vaginozun təkrarlanmasının qarşısını alın

 

Vaginozun qarşısını tam almaq mümkün olmasa da, bir neçə sadə qayda vardır ki, riski azaltmağa kömək edir.

  • Vaginanı yumayın, beləki, bu onun bakterial balansını pozub, infeksiyanın inkişaf etməsinə səbəb ola bilər.
  • Aromatik vasitələr – sabun, tampon, sprey və bunlara bənzərlərdən istifadə etməyin.
  • Cinsi partnyorların sayını azaldın. Bunun səbəbi bəlli olmasa da, çoxlu cinsi partnyoru olan və ya onu yeni dəyişmiş qadınlar bakterial vaginoza daha çox meyllidirlər.
  • Duşdan sonra vaginanı yaxşı qurudun və isti vanna qəbul etməyin.
  • Tualetdən sonra öndən arxaya yuyunun ki, düz bağırsaq mikrobları uşaqlıq yoluna düşməsin.

4. Cinsi yolla keçən infeksiyaların müalicəsi

4.1 Cinsi yolla keçən infeksiyaların əlamətlərilə tanış olun

 

Vaginal qaşınma cinsi yolla keçən əksər xəstəliklərin əlamətidir. Əgər sizdə bu əlamətlərin hansısa biri varsa və ya cinsi infeksiyalarla yoluxmanızdan şübhələnirsinizsə, təcili şəkildə həkimə müraciət edin. Nəzərə alın ki, bəzən cinsi infeksiyalar əlamətsiz keçir.

  • Trixomoniaz adətən qızartı, uşaqlıq yolundan xoşagəlməz qoxu və ifrazatla müşayiət olunur.
  • Xlamidioz çox vaxt simptomsuz keçir, amma, anomal qanaxma, vaginal ifrazat və qarında ağrı verə bilər.
  • Qonoreya adətən qatı bulanıq və ya qanlı vaginal ifrazat, qaşınma və ağrılı sidik ifrazı ilə müşayiət olunur.
  • Herpes adətən qırmızı rəngli düyün və ya yaralar verir.
  • İnsanın papillomavirus infeksiyası genital nahiyədə bədən rəngli kondilomalar törədir.

4.2 Həkimə müraciət edin

 

Cinsi infeksiyalar zamanı həkimə müraciət edin ki, lazımi müalicəni təyin etsin. Müalicə düzgün getmədikdə, bəzi cinsi infeksiyalar ciddi fəsadlar verə bilər, buna görə də təcili həkimə müraciət edin ki, müvafiq müalicə alasınız.

  • Qonoreya, xlamidioz, sifilis və trixomoniaz antibiotiklərin köməyilə müalicə olunur. İnfeksiyanın növündən asılı olaraq, həkim uyğun qrupdan olan antibiotik təyin edəcək.
  • Papillomavirus infeksiyasının radikal müalicə olunmamasına baxmayaraq, həkim onun ətraf toxumalara yayılmasının qarşısını ala biləcək tədbirlər görə bilər.
  • Herpesi antivirus preparatları ilə söndürmək olar, hansı ki, təkrar residiv ehtimalını da azaldır, baxmayaraq ki, o, radikal müalicə edilmir və heç bir zəmanət yoxdur ki, siz digərlərini yoluxdurmayacaqsınız.

4.3 Gələcəkdə infeksiyanın qarşısının alınması

 

Gələcəkdə infeksiyadan qorunmaq üçün təhlükəsiz seks qaydalarına əməl etmək lazımdır.

  • Cinsi infeksiyalardan qorunmağın ən yaxşı üsulu, aktiv cinsi həyatdan uzaq durmaq, ya da heç olmazsa bir cinsi partnyorla əlaqədə olmaqdır.
  • Əgər bir neçə cinsi partnyorunuz varsa, əlaqə zamanı mütləq prezervativdən istifadə etmək lazımdır.

5. Qeyri-infeksion vaginitin müalicəsi

5.1 Xəstəliyin səbəbləri və simptomları ilə tanış olun

 

Qeyri-infeksion vaginit – ümumi termin olub, uşaqlıq yolunun qeyri-infeksion amillərin təsirindən qıcıqlanmasına deyilir. Onun müxtəlif səbəbləri var, məsələn, allergik reaksiya, dərinin qıcıqlanması və ya hormonal disbalans.

  • Qeyri-infeksion vaginiti infeksiondan fərqləndirmək çətindir. Göbələk infeksiyasını yuyucu vasitələrin təsiri nəticəsində yaranan qıcıqlanma ilə tez-tez dəyişik salırlar və əgər siz əlamətlərin səbəbinə əmin deyilsinizsə, həkimə müraciət edin. Qeyri-infeksion vaginit tez-tez uşaqlıq yolunda göynəmə, vaginal ifrazat və həmçinin çanaq nahiyəsində ağrı ilə müşayiət olunur.

5.2 Mümkün qıcıqlandırıcıların istifadəsini dayandırın

 

Uşaqlıq yolunda qaşınma müəyyən maddələrə, məsələn, sabun və ya nəmləndirici vasitələrə qarşı allergiya ilə əlaqədar ola bilər.

  • Əgər sizin dərinizin həssaslığı yüksəkdirsə, aromatik vasitələrdən istifadə etməyin.
  • Əgər uşaqlıq yolunda qaşınma hər hansısa bir kimyəvi vasitənin istifadəsindən sonra başlamışsa, təcili surətdə həmin maddənin istifadəsini dayandırın və gələcəkdə tərkibində bu maddə olan vasitələrdən uzaq durun.

5.3 Hormonal dəyişikliklərə diqqət yetirin

 

Qadınların əksəriyyəti menopauzadan qabaq uşaqlıq yolunda qaşınmadan əziyyət çəkir. Bunun qarşısını almaq üçün həkim tərkibində estrogen olan vasitələr təyin edə bilər.

  • Əgər menopauza zamanı siz uşaqlıq yolunda quruluqdan əziyyət çəkirsinizsə, onu uşaqlıq yolunu nəmləndirən xüsusi vasitələrlə yüngülləşdirmək olar.

5.4 Dəri xəstəliklərindən qurtulun

 

Bəzən dəri xəstəlikləri uşaqlıq olunun ətrafındakı dərini də qıcıqlandıra bilər. Bu halda ən yaxşısı dermatoloqa müraciət etməkdir.

Sklerozlaşdırıcı dəmrovda dəridə ağ kəpəklənən şöbələr əmələ gəlir. Bu xəstəliyi tərkibində steroid hormon olan kremlə müalicə etmək olar.

Ekzema və psoriaz da uşaqlıq yolunda qaşınma verə bilər. Bu halda, ginekoloq və ya dermatoloq sizə müvafiq preparatlar təyin edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir