bahar bayrami

Dünya xalqları baharı necə qarşılayır?

Baxış sayı: 1. 708

Biz də yazın gəlişini Novruz bayramı ilə qeyd edirik. “Novruz” fars sözü olub “yeni gün” deməkdir.

Müxtəlif ölkələrdə yazın gəlişinin necə qarşılanması ilə bağlı bəzi məlumatları təqdim edirik.

Azərbaycanda Novruz, onlarda isə “Masleniça” bayramı qeyd olunur.

Masleniça – ənənəvi slavyan bayramlarından biridir. İnsanlar bu bayramı qışın bitməsi, yazın gəlişi kimi qeyd edirlər. Rusiyada hər il keçirilən bu bayram fevral ayından qeyd olunmağa başlayır. Bayram adətinə görə, hər evdə südlü məmulatlar, xüsusən südlü “blinçiklər” bişirilir, adamlar bir-birinə qonaq gedir, şənlik keçirlir və şənliyin sonunda qışın büstü yandırılır. Bir həftə boyunca bütün evlərdə “bilinçik”, süd və balıq yeyilir.

Polşada qışın sonunda yazın gəlişini qeyd etmək “yağlı cümə axşamı” adlanır. İnsanlar fərqli məmulatlardan çox iri ölçüdə loxmalar hazırlayır, həm özləri yeyir, həm də dost-tanışlara paylayırlar. Gecə isə əyləncə təşkil edilir.

Şotlandiyada yazın gəlişi ilə bağlı xüsusi tortlar bişirilir. Hazırlanan xəmir əllə sıxılıb buzlu suya atılır, sonra ocaqda yandırılır.

Almaniyada da yazın gəlişi ilə bağlı Masleniça bayramı qeyd olunur. Buna “beşinci mövsümün gəlişi” deyirlər. Noyabr ayından başlayaraq düz 4 ay davam edir. 11 noyabrda 11 saat 11 dəqiqə karnaval təşkil edilir. Beşinci ayda – martda “Fastnax” adlı bayramla yazın gəlişini qeyd edirlər. Şüarlar səslənir, zarafatlar edilir, mağazalarda xüsusi “berlinerq ponçikləri” satılır.

İspaniyada Masleniça bayramı norma və konvesiyaların pozulduğu gündür. Bu gün yaşlı insanlarla belə, zarafatlaşmağa icazə verilir. Şənliyin sonunda isə sardunya bitkisi kütləvi şəkildə ya yandırılır, ya da basdırılır.

Yaponlar bahar festivalını 18 fevraldan başlayaraq qeyd edirlər. Ənənəvi yeməklər bişirilir, balacalar böyükləri təbrik edir, böyüklər də öz növbəsində onlara qırmızı zərfdə  pul verirlər.

Hindistanda isə yazın gəlişi məşhur Holli festivalı ilə qeyd olunur. Rəngli Hindistan yazın gəlişində daha da rəngarəng olur. Qadınlar zarafatla kişiləri çubuqla döyürlər. İlk gün ocaq qalanır. İkinci gün artıq insanlar bir-birinin üzərinə rəng atırlar.

Bahar bayramınız mübarək!

lent.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir