opushmek

Virus orqanizmə necə düşür?

Baxış sayı: 530

Bəzən hətta öpüş kimi təbii və xoş bir proses də insana çoxlu bəlalar gətirə bilər. Rusiyalı ginekoloq öpüş vasitəsilə hansı xəstəliklərin keçə biləcəyini açıqlayıb.

Təbii ki, sağlam insanla öpüşmək daha yaxşıdır. Ancaq tərəf-müqabil haqqında bəzən hər bir şeyin bilinmədiyi hallar olur. Bu vəziyyətdə ən azından riskləri bilmək vacibdir.

Öpüş zamanı insanlar orta hesabla 5 ml tüpürcək mübadiləsi aparırlar. Bu, heç də çox deyil. Ancaq bu kiçik həcmdə belə 80 milyona qədər müxtəlif mikroblar var.

Ginekoloq – seksoloq Tamara Maltseva xəbərdarlıq edir ki, öpüşmə zamanı insan minimum herpes infeksiyalarına, həmçinin qastrit yaradan bakteriya “Helicobacter pylori”yə yoluxa bilər.

“Əslində çoxlu sayda insan, insanların ən azı yarısı Epstein-Barr virusunun törətdiyi mononükleozdan əziyyət çəkir. İnsanların təxminən 80%-nin orqanizmində herpes simplex virusu var. Həmçinin çoxlu sayda insan “Helicobacter pylori” var. Bəli, sırf nəzəri olaraq, bu virusları öpüş zamanı əldə etmək olar.

Bəs, həqiqətənmi bu qədər təhlükəlidir? Maltsevanın sözlərinə görə, bu barədə narahat olmağa dəyməz, çünki bütün bu viruslar normal immunitetiniz varsa, özünü göstərməyəcək. Bədəni zəifləmiş insanlar isə diqqətli olmalıdırlar.

“İlk növbədə, immunitetlə məşğul olmaq vacibdir. Çünki bu, viruslar bədəndə inkişaf edərsə, qorunmasını təmin edəcək”, -deyə həkim bildirib.

Mütəxəssis onu da qeyd edib ki, sözügedən viruslar təkcə öpüşlə deyil, başqa yollarla da orqanizmə düşə bilər. Məsələn, yoluxmuş bir insanla eyni fincandan su içsəniz nəticə eyni olacaq.

“Ağızda açıq yaralar varsa öpüşməkdən tamamilə imtina edilməlidir. Çünki onlar vasitəsilə hepatit B virusuna və ya hətta HİV-ə yoluxma ehtimalı var”,-deyə Maltseva xəbərdarlıq edib.

Öpüşmə zamanı ötürülən yoluxucu xəstəliklərdən özünüzü qorumaq demək olar ki, mümkün deyil. Buna görə də immunitetinizin vəziyyətini izləmək və tərəfdaş seçimində daha seçici olmaq çox vacibdir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir