kok 8

Kişilərin niyə iri sinəli qadınlardan xoşu gəlir? – 5 NƏZƏRİYYƏ

Baxış sayı: 722

Məlumdur ki, kişilər iri döşlərə malik əks cinsin nümayəndələrini daha çox xoşlayırlar. Seksoloqlar, psixoloqlar və bir çox başqa ixtisaslı həkimlər bu suala cavab axtararaq müəyyən nəzəriyyələr irəli sürüblər

 

Nəzəriyyə № 1. Ana. Ananın böyük, südlə dolu isti döşləri körpə uşağın yadında qalan ilk xatirə olur. Bu xatirədə təhlükəsizlik və müdafiə hissi gizlənir. Böyüdükdən sonra da onu iri döşlər cəlb edir. Şüuraltı olaraq bu döşlər kişiyə rahatlıq, doyumluluq və qayğısız vaxtlarını xatırladır. Bu xatirə öz növbəsində seksual istəyə çevrilir. Kişi anasından gördüyü qayğını öz sevdiyi insandan da umur.

 

Nəzəriyyə № 2. Qadın döşləri körpənin qidalanması üçün vacib mənbə olduğu üçün kişi öz övladının gələcəyinin yaxşı olacağını düşünə bilər. Yəni seçdiyi dişinin onun gələcək nəslinin yaşaması üçün yaradığını fikirləşir.

 

Nəzəriyyə № 3. Araşdırmalara görə, iri döşlü qadınları xoşlayan kişilər əsasən hər şeyin ən irsini seçirlər. Məsələn avtomobilin ən irisi, evin ən böyüyü və s.

Bu, bir növ özünütəsdiqdir.

kok 1

Nəzəriyyə № 4. Kompleks. Bir sıra seksoloqlar düşünürlər ki, həyatda cinsi orqanının ölçüsünə dair kompleksləri olan kişilər iri döşlü qadınlara üstünlük verirlər. Onlar öz xanımlarının hesabına çatışmazlıqlarını ört basdır edirlər.

 

Nəzəriyyə № 5. Təbliğat. Belə bir fikir var ki, iri döş gözəllik etalonudur. Heç təsadüfi deyil ki, plastik cərrahlar, alt paltarları istehsalçıları, kosmetik vasitə istehsalçıları bütün reklam vasitələrində iri döşləri təbliğ edir və onu gözəllik rəmzi kimi təqdim edirlər. Məhz bu təbliğat da kişilərin daha iri ölçülü döşlərə malik qadınları bəyənməsinə gətirib çıxarır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir