Marketlərdə satılan keyfiyyətsiz yediyiniz cipsiləri yemək ya da uşağınıza vermək əvəzinə, özünüz mətbəxdə keyfiyyətli versiyalarını hazırlaya bilərsiniz. Beləliklə, həm aşağı kalorili həm də hamının, xüsusilə də uşaqların sevdiyi alma cipsinin hazırlanma qaydasını təqdim edirik:
Lazım olanlar: 3 qırmızı alma Limon suyu Bir az darçın
Hazırlanma qaydası: Alamaları yuyub qabıqlarını soymadan cips kimi incə-incə kəsin. Kəsdiyiniz almaları limon suyu ilə ovalayın. Sobaya vermədən öncə üzərinə darçın səpəcəyiniz bir miqdar darçınla toxluq hissi yaranmasını sürətləndirə bilərsiniz. Qaba yağlı kağızı qoyun və alma dilimlərini düzün. Öncədən isidilən 120 dərəcə sobada təxminən yarım saat bişirin. Daha sonra sonra soyumasını gözləyin.