qehve

Kofe serrozu məhv edir

Baxış sayı: 1. 747
Alimlər inanırlar ki, gündə bir neçə fincan kofe qara ciyəri qoruyur və bərpa edir. Kofenin tərkibində olan maddələr qara ciyər fermentləri ilə reaksiyaya girir və mühafizə pərdəsi yaradır. Alimlər kofeindən başqa, kofenin digər bütün tərkib hissələrinin təsirini tədqiq ediblər.
Əvvəllər tədqiqatçılar tərəfindən müəyyən olunub ki, kofe ürək-damar xəstəlikləri ilə mübarizə aparır və şəkərli diabetin qarşısını almaqda kömək edir. Bununla yanaşı, alimlər müəyyənləşiriblər ki, kofe hətta kofeinsiz olsa belə, sirrozun və qara ciyərin piy xəstəliyinin inkişafını dayandırır.
Tədqiqatçılar gəldikləri nəticələri təsdiq etmək üçün əvvəlcədən gündə neçə fincan kofe içdiklərini bildikləri 27 min kişi və qadında qara ciyər xəstəlikləri markerlərinin olması ilə bağlı qan testlərinin nəticələrini analiz ediblər.
Gündə üç fincandan artıq kofe içən iştirakçılarda qara ciyərin xəstə vəziyyətdə olduğundan xəbər verən dörd fermentin hamısı mümkün həddən aşağı olub. Bu cür effekt kofeinsiz kofe içməyə üstünlük verən adamlarda da müşahidə edilib.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir