psixopat

Sevgilinizin psixopat olduğunu göstərən 8 işarə

Baxış sayı: 469

Sevdiyiniz insan sizin üçün doğru insandır? Bəlkə vaxtında uzaqlaşmaq lazımdır?  “Gencaile.az” saytı qarşınızdakı şəxsin psixopat olub-olmamasını aydınlaşdırmağa kömək edəcək əlamətlərdən danışır.

Psixopat sevgili çox xarizmatikdir və bundan istifadə edir. Özünə güvənən adam təsiri bağışlayır. Sizə xoş sözlər tərifilər söyləyib özlərindən asılı vəziyyətə salırlar. Bütün arzularınızı yerinə yetirəcəkmiş kimi görünürlər.

Keçmişləri barədə gözyaşardan hadisələr danışırlar. Bununla ürəyinizdə onlara yer ayırmış olursunuz.

Patoloji yalançıdırlar. Siz yalan deyildiyinin  fərqində belə deyilsiniz.
Münasibətlər çox sürətlə inkişaf edir.

Tez-tez onu qısqanmalı olur, sizi sevdiyindən şübhəyə düşürsünüz.

aile

Sizin özünüzə inamınızı qırır, öz gözünüzdə şəxsiyyətiniz kiçilir.

O, sizin həyat enerjinizi sorur və həyatınızın iplərini öz əlinə alır. Onun ətrafı daim ona heyranlıq bəsləyən əks cins nümayəndələri ilə doludur. Bəzən sizi ümumiyyətlə görmür.

Onunla münasibətlər sizə hüzur yox, həyəcan, qorxu, stress verir. Bu münasibətlər sizi dəyişməyə məcbur edir. Ayrılmaq istəsəniz də, buna imkan vermir. Çünki ona sizin kimi bir neçə qurban mütləq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir