“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə qatıqlı kartof şorbasının hazırlanma qaydasından bəhs edəcəyik.
İçindəkilər
Kartof – 4 ədəd
Qatıq – 2 st.
Sarımsaq – 2 diş
Quru nanə – 2 x.q.
Zeytun yağı – 1 x.q.
Su – 2 st.
Duz, istiot – zövqə görə
Hazırlanması
Qabığı soyulmuş kartof xırda, dördkünc formada doğranılır, suda bişirilib soyudulur (suyu atılmır). Qatıq, zeytun yağı, xırdalanmış sarımsaq, quru nanə qarışdırlır. Soyudulmuş kartof qarışıma əlavə olunur. Üzərinə duz, istiot səpilir. Kartoflu şorba soyuq halda servis edilir.
Təqdim etdi: İlahə Atəş