xatire M

Avropa məktəblərində müəllimlərin iş həyatı – “SİNİF OTAĞI”

Baxış sayı: 715

Avropada müəllim işi ən ağır işlərdən sayılır, belə ki, çox az insan müəllim olmaq istəyir və bu da bu cür dahi bir peşənin  tələbatının günü-gündən artmasına gətirib çıxarır.

Buna görə də bir müəllim ən azı 2 fənndən diplom alıb dərs deyə bilməlidir. Məsələn:

  • Humanitar fənnlərin müəllimi mimimum dörd fənndən dərs deməlidir – Tarix, Coğrafiya, Dünya dinləri, Insan və cəmiyyət. Hələ üstəlik, bu azmış kimi Ana dilindən də diplomu olub dərs deməyi bacarmalıdır.
  • Təbiət elmləri və Riyaziyyat fənnlərini çox zaman bir müəllim tedris etməlidir. Belə ki, həmin müəllim Kimya, Fizika, Biologiya, Texnika və Riyaziyyat fənnlərindən dərs deyir. Çox az saylı məktəblər Riyaziyyat üçün ayrı, təbiət elmləri üçün ayrı müəllim istəyər.
  • Müxtəlif dillərin müəllimləri də azı iki dili tədris etməlidir çox zaman.
  • Rəsm, Əmək, Idman, Musiqi və Ev bilikləri dərslərinin müəllimləri çox zaman yalnız bir sahəni, yəni yalnız bir fənni tədris edirlər.

Xatire Mirzeliyeva 3

Müəllim hər heftə 1200 dəqiqə dərs deməlidir ki, bu da təxmini sayca 19  və hərəsi55-60 dəqiqə davam edən dərs deməkdir. Bundan əlavə müəllimin gündəlik iş saatı təxmini 7-8 saat olur. Belə ki, bu saatlarlar ərzində müəllimin dərslərdən savayı müxtəlif tapşırıqları, iclasları da  çox olur ki, bunlar cədvəldə görünmür. Hər bir məktəbin standart iclas saatları olur və bu iclaslardan əz azı biri “team”, yəni iş qruplarının iclası, digəri isə bütün məktəbin müəllimlərinin məktəbin rektoru (direktoru) ilə birgə iclasıdır.

Müəllimin gündəlik tapşırıqlarından biri də həftədə 2-3 dəfə lunch və tənəffüs zamanı nəzarətçi olmaqdır.

Həmçinin həftədə bir və ya iki dəfə hansısa şagird və valideynlə görüşlər ola bilər.

Hər bir müəllimin sinif rəhbəri olduğu sinif və şagirdlər olur və müəllim bu şagirdlərin məktəbə aid bütün işlərinin icrasıdır.

Avropada uşaqlara və şagirdlərə çox böyük azadlıq verilir və bunun əks təsirləri məktəblərdə müəllimlərin işini çətinləşdirir və ağırlaşdırır. Buna görə peşəkar müəllim ilk öncə gözəl psixoloq olmalıdır.

Xatire Mirzeliyeva

 

Avropada müəllim işləmək yalnız hansısa fənnlərdən dərs demək deyil, şagirdlərin fizioloji, psixoloji və biliklərinin inkişafının aparıcısıdır desək, heç də yanılmarıq. Beləliklə də Avropa müəlliminin işinə aid olan tapşırıqlar bitmək bilmir ki, bilmir. Bu da bəzən müəllimlərin sənət dəyişdirməsinə gətirib çıxarır.

Müəllim peşəsi nə qədər şərəfli, qürurlu bir peşə olsa da, Avropada müəllim işləmək bir o qədər çətin və məsuliyyətli peşədir.

 

Xatirə Mirzəliyeva

Təbiət elmləri üzrə İsveçdə çalışan mütəxəssis müəllim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir